Teleqraf
Casusluqda ittiham olunaraq 10 il həbs cəzası alan Fransa vətəndaşı, “Merkorama” MMC-nin sabiq baş direktoru Martin Ryan əfv olunub.
Bu, prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sentyabrın 23-də imzaladığı sərəncamda qeyd edilib.
Martin Ryan bu il martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fransanın xeyrinə casusluqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Ryan 2023-cü il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdı. Cinayət işində iddia olunurdu ki, o, sonradan “persona non-grata” elan edilərək Azərbaycandan çıxarılan Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib.
İstintaqın iddiasına görə, Ryan Azərbaycanda silah-sursat istehsalı və ixracı, digər ölkələrə pul köçürülməsi imkanları və başqa məsələlər barədə Fransa xüsusi xidmət orqanlarına məlumat verib. O, ittihamları rədd edirdi.
Ryanın əfv olunması Avropa İttifaqında rusiyalı iş adamı Alişer Usmanova qarşı sanksiyaların ləğvi məsələsinin müzakirə edildiyi vaxta təsadüf edir.
“Financial Times” Aİ-dəki mənbələrə istinadən yazmışdı ki, Usmanova qarşı sanksiyaların ləğvi Azərbaycanda həbsdə olan iki Fransa vətəndaşının azadlığa buraxılması ilə bağlı mümkün razılaşmanın tərkib hissəsi ola bilər. Rəsmi Bakı bu iddianı şərh etməmişdi.
Aİ ölkələri sonradan Usmanov və digər rusiyalı iş adamı Mixail Fridmanın sanksiya siyahısından çıxarılmasına, eləcə də Rusiyaya qarşı fərdi sanksiyaların müddətinin üç il uzadılmasına razılaşıblar. Əvvəl bu qərara etiraz edən Latviya da sonradan razılıq verib. Bildirilib ki, Latviya Usmanov və Fridmana qarşı milli sanksiyalar tətbiq edəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
açıq mənbə
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”