Siyasət

AİHM Azərbaycanda uzunmüddətli ölkədən çıxış qadağasını hüquq pozuntusu sayıb

26 Avqust, 2026
19

sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan çıxışına qadağa qoyulmuş üç şəxsin hüquqlarının pozulduğunu müəyyən edib.

Bu barədə avqustun 25-də vəkil Fariz Namazlı məlumat yayıb. 

AİHM-ə ərizə ilə müraciət etmiş şəxslər Əli Əlişov, Adil Hüseynov və Bəhman Abbasov olub. Onlar müxtəlif dövrlərdə fərqli cinayət işləri üzrə məsuliyyətə cəlb olunublar. Əvvəlcə barələrində həbs qətimkan tədbiri seçilib, sonradan polis nəzarətinə veriliblər. Bununla bağlı ərizəçilərin ölkədən çıxışlarına qadağa qoyulub. 

2015-ci ildən etibarən həmin cinayət işləri üzrə hər hansı istintaq hərəkətləri aparılmayıb, lakin ərizəçilərin ölkədən çıxışına məhdudiyyət də aradan qaldırılmayıb.

Məhkəmə cinayət icraatının müddətini həddindən artıq hesab edərək Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin – işə ağlabatan müddətdə baxılması hüququnun pozulduğunu müəyyən edib.

Məhkəmə ərizəçilərin ölkədən çıxışına məhdudiyyətin tətbiqi ilə bağlı isə qeyd edib ki, cinayət işi çərçivəsində şəxsin xaricə getməsinin məhdudlaşdırılması prinsipcə qanuni məqsəd daşıya bilər, lakin belə məhdudiyyət avtomatik və qeyri-müəyyən müddətə tətbiq edilə bilməz. 

Məhkəmənin qərarında göstərilir ki, məhdudiyyətin uzun illər qüvvədə saxlanılması əsaslandırılmalıdır, hazırkı işdə isə belə əsaslandırmanın olmadığı qənaətinə gəlib.

AİHM hesab edib ki, bu qədər uzun müddət davam edən məhdudiyyət "qeyri-mütənasibdir və dövlətin ümumi maraqları ilə şəxslərin hərəkət azadlığı arasında ədalətli tarazlıq təmin edilməyib".

Nəticədə məhkəmə həmçinin 4 saylı protokolun 2-ci maddəsinin – hərəkət azadlığı və ölkəni tərk etmək hüququnun pozulduğunu da müəyyən edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həyat yoldaşı: “Ələsgər Məmmədlinin nəfəs darlığı və boğulma halları davam edir”

26 Avqust 2026

sosial media

"Toplum TV"-nin həbsdə olan həmtəsisçisi Ələsgər Məmmədlinin səhhəti ilə bağlı narahatlıqlar yenidən artıb. Avqustun 25-də Ə.Məmmədli ilə görüşən həyat yoldaşı Günay Məmmədlinin yaydığı məlumata görə, media eksperti səhhətində yaranan ağırlaşmalardan sonra xeyli zəifləyib.  "Bu son iki günün isti bürkülü günlərində nəfəs darlığının, boğulmaların, yüksək ürək döyüntüləri və təzyiqin aramsız davam etdiyini dedi. Rəngində də boğulma açıq hiss olunurdu", - o qeyd edib. G.Məmmədli bildirib ki, Ə.Məmmədlidən qan analizi götürülməsindən 10 gündən artıq vaxt keçsə də, analizin və digər müayinələrin nəticələri hələ də ona təqdim edilməyib. G.Məmmədli avqustun 13-də həyat yoldaşının iki gündür qida qəbul edə bilmədiyini bildirmişdi. O, daha öncə...
Siyasət

CPJ: “Toplum TV işi” üzrə həbs olunanların 'kars'a salınmasından narahatıq

25 Avqust 2026

Toplum TV

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) beynəlxalq mətbuat azadlığı təşkilatı "Toplum TV işi" üzrə həbsdə olan şəxslərin cərimə kamerasına ("kars") salınmasından narahatlıq ifadə edib.  Bu barədə avqustun 24-də təşkilatın Avropa və Mərkəzi Asiya bölməsinin "X" hesabında bəyanat yayımlanıb.  "İş üzrə 15 ilə qədər həbs cəzası almış jurnalistlər və digərləri öz fəaliyyətlərinə görə həbsdə olmamalıdırlar. Jurnalistika cinayət deyil", - bəyanata əlavə olunub.  "Toplum TV işi" üzrə həbsdə olan, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli və Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Əli Zeynal avqustun 19-da 7 gün müddətinə "kars"a salınıblar. Buna onların həbsxanada içməli su çatışmazlığına etiraz etmələri səbəb olub. İki gün sonra...

Seçilmiş Videolar

Toplum TV loqo