Həyat yoldaşı: “Ələsgər Məmmədlinin nəfəs darlığı və boğulma halları davam edir”
sosial media
"Toplum TV"-nin həbsdə olan həmtəsisçisi Ələsgər Məmmədlinin səhhəti ilə bağlı narahatlıqlar yenidən artıb.
Avqustun 25-də Ə.Məmmədli ilə görüşən həyat yoldaşı Günay Məmmədlinin yaydığı məlumata görə, media eksperti səhhətində yaranan ağırlaşmalardan sonra xeyli zəifləyib.
"Bu son iki günün isti bürkülü günlərində nəfəs darlığının, boğulmaların, yüksək ürək döyüntüləri və təzyiqin aramsız davam etdiyini dedi. Rəngində də boğulma açıq hiss olunurdu", - o qeyd edib.
G.Məmmədli bildirib ki, Ə.Məmmədlidən qan analizi götürülməsindən 10 gündən artıq vaxt keçsə də, analizin və digər müayinələrin nəticələri hələ də ona təqdim edilməyib.
G.Məmmədli avqustun 13-də həyat yoldaşının iki gündür qida qəbul edə bilmədiyini bildirmişdi. O, daha öncə də Ələsgər Məmmədlinin səhhətində yenidən ciddi problemlərin yarandığı ilə bağlı məlumat yaymışdı.
Onun sözlərinə görə, Ələsgər Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında növbəti dəfə ürək tutması keçirib və uzun müddət ağrılar içində yataqda qalıb.
Ələsgər Məmmədli 2024-cü il martın 8-də Bakıda klinikalardan birindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb və həbs olunub.
Ailəsi və vəkilləri mütəmadi olaraq onun səhhətindəki problemlərlə bağlı narahatlıqlarını dilə gətirirlər. Vəkili bu səbəbdən onun ev dustaqlığına buraxılması üçün dəfələrlə vəsatət qaldırsa da, indiyədək heç biri təmin edilməyib.
İyulun 27-də "Toplum TV işi" üzrə keçirilən yekun məhkəmə prosesində Ə.Məmmədliyə 14 illik həbs cəzası verilib.
O, qaçaqmalçılıq, vergidən yayınma və qanunsuz sahibkarlıq da daxil olmaqla bir sıra cinayətlərdə ittiham olunur. Özü isə ittihamları qəbul etmir, hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
AİHM Azərbaycanda uzunmüddətli ölkədən çıxış qadağasını hüquq pozuntusu sayıb
sosial media
Toplum TV
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib