Siyasət

Paşinyan: Erməni tərəfdən 49 nəfər həlak olub

13 Sentyabr, 2022
2061

Açıq mənbələrdən götürülüb

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Azərbaycan-Ermənistan sərhədində baş verənlər barədə ictimaiyyətə məlumat verib. 

Ermənistan KİV-in məlumatına görə, Baş nazir dövlət sərhədində baş verən toqquşlamar nəticəsində Ermənistanın 49 nəfər itki verdiyini bəyan edib. O əlavə edib ki, bu rəqəm ata bilər. 

Onun sözlərinə görə, hazırda bölgədə hərbi toqquşmaların intensivliyi azalıb, ancaq bir neçə istiqamətdə Azərbaycan tərəfinin hücumları davam edir.  

https://toplum.tv/siyaset/azerbaycan-ermenistan-serhedinde-doyusler-itkilerin-oldugu-bildirilir

Baş nazir açıqlamasında deyib ki, bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişel ilə Brüsseldə keçirilən üçtərəfli görüşdə Bakının erməni tərəfinin təqdim etdiyi prinsiplər əsasında danışıqlardan imtina etdiyini anlayıb. 

Onun sözlərinə görə, Azərbaycan tərəfi onlardan "Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağı tələb edir."

Paşinyan həmçinin dünən Təhlükəsizlik Şurasının iclasında bildirmişdi ki, Ermənistan sərhəddə baş verənlərlə bağlı Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hərbi yardımla bağlı müraciət ünvanlayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

"Kərimə dövləti" qurmağa cəhddə ittiham olunan inanclı fəal aclıq edir

23 İyun 2026

Toplum TV

Həbsdə olan inanclı fəal İlkin Bağırovun aclıq aksiyası keçirdiyi bildirilir.  Bu barədə jurnalist Arzu Abdulla iyunun 23-də məhbusun ailə üzvlərinə istinadən məlumat yayıb. İ.Bağırovun üç gündür aclıq etdiyi və qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülmə qərarına etiraz etdiyi deyilir.  "Oğluma qarşı haqsızlıq bitmir ki, bitmir. Əvvəlcə 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürdülər. Köçürüldüyü gündən heç bir səbəb olmadan "kars"da (cərimə kamerası - red.) saxlanıldı. Qapalı tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi ilə bağlı məhkəmə təyin edildiyi üçün 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Məhkəmə 21 iyuna təyin edilmişdi. Məhkəməni İlkinin şəxsi işi itib deyə təxirə saldılar. Heç bir səbəb göstərilmədən, asayişi pozmaq bəhanəsi...
Siyasət

Ombudsmana zəngə görə həbs edilən şəxs Avropa Məhkəməsinə üz tutub

23 İyun 2026

Açıq mənbə

Həbsinə görə Ombudsman Aparatını ittiham edən Niyaməddin Aslanzadənin şikayəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsində kommunikasiya başlanılıb.  “Azadlıq Radiosu”nun xəbərinə görə, məhkəmə iş üzrə Azərbaycan hökumətinə sorğu ünvanlayıb. Niyaməddin Aslanzadə 7 ildir həbsdə olan jurnalist, “xeberman.com” saytının baş redaktoru Polad Aslanovun qardaşıdır.  Şikayətə əsasən, həmin dövrdə Polad Aslanov həbsxanada aclıq aksiyası keçirirdi və səhhətinin pisləşdiyi bildirilirdi. Niyaməddin Aslanzadə Ombudsman Aparatına dəfələrlə zəng edərək qurum nümayəndələrinin onun qardaşına baş çəkməsini xahiş etdiyini qeyd edir. O bildirir ki, müraciətlərinə cavab ala bilmədiyi üçün son telefon danışığında Ombudsman Aparatının əməkdaşlarını fəaliyyətsizlikdə ittiham edib və onları tənqid edib. Bir müddət sonra Ombudsman Aparatından Daxili İşlər...

Seçilmiş Videolar

Toplum TV loqo