Siyasət

Paşinyan: Təsdiqlənmiş ölü sayı 135-dir, amma bu rəqəm daha da artacaq

16 Sentyabr, 2022
2017

Açıq mənbələrdən götürülüb

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, sentyabrın 16-da hökumətin iclasında çıxış edərkən bildirib ki, Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalar nəticəsində 135 erməni hərbçisi həlak olub. 

"Novosti-Armeniya" məlumat verir ki, Paşinyan bu rəqəmin arta biləcəyini vurğulayıb, çünki yaralıların da sayı çoxdur. 

Hökumət başçısı çıxışında həmçinin bildirib: 

“Ermənistanın mövqeyi aydındır və dəyişməzdir, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş əraziləri tərk etməlidir, burada söhbət həm də 2021-ci il mayın 12-də işğal olunmuş ərazilərdən gedir. Ermənistan Respublikası dünən BMT Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı bunu nəzərə çatdırıb. Dünən axşam mənim Fransa prezidenti ilə də söhbətim oldu və biz razılaşdıq ki, vəziyyət BMT Təhlükəsizlik Şurasının diqqət mərkəzində qalmalıdır”.

https://toplum.tv/sosial/sehid-sayi-71-e-catdi

Müdafiə naziri Suren Papikyan isə çıxışında bildirib ki, hazırda sərhəddə əməliyyat vəziyyəti nisbətən sakit qiymətləndirilir. “Dünən gecə atəşkəs rejiminə əməl olundu. Qeyd edə bilərəm ki, Silahlı Qüvvələr üzərinə düşən vəzifəni yerinə yetirə bilir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...
Siyasət

Ülviyyə Əli: "Həbsimiz İlham Əliyevin şüurlu seçimidir"

15 Sentyabr 2026

sosial media

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Meydan TV"nin xəbərinə görə, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə həbs olunan jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) ifadə verib.  Jurnalist ittihamları rədd edib və həbsinin siyasi sifarişli olduğunu bildirib.  "Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir. Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə,...

Seçilmiş Videolar

Toplum TV loqo