Siyasət

AŞPA-nın baş məruzəçisi İqbal Əbilovu azad etməyə çağırıb

23 May, 2025
84

Foto: sosial media

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azade Royhan Azərbaycanda talış tarixinin tədqiqatçısı İqbal Əbilova 18 il hökm oxunmasından “dərin narahatlıq keçirir”. 

Bu barədə o, mayın 22-də bəyanat yayıb. 

Royhan bəyanatda deyir ki, Əbilova qarşı dövlətə xəyanət və nifrət təşviqatı ittihamlarının əsası onun erməni həmkarlarla professional əməkdaşlığına söykənir və o, sadəcə talış tarixi və mədəniyyəti haqqında tədqiqatlar aparıb. 

“Akademik azadlıq – yəni tədqiqat aparmaq və bilikləri, həqiqətləri heç bir məhdudiyyət olmadan yaymaq azadlığı – şübhəsiz ki, ifadə azadlığı hüququ ilə qorunur. Bu, demokratik cəmiyyətlərin təməl prinsiplərindən biridir və tədqiqatçılar istənilən əsassız siyasi müdaxilədən qorunmalıdır. Mən Azərbaycan hakimiyyətini cənab Əbilova qarşı irəli sürülmüş ittihamları dərhal yenidən nəzərdən keçirməyə və onu, eləcə də ifadə azadlığını həyata keçirdiklərinə görə həbs edilmiş bütün digər şəxsləri – insan hüquqları müdafiəçilərini, jurnalistləri və akademikləri azad etməyə çağırıram” - o qeyd edib. 

İqbal Əbilova mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il hökm oxunub. 

Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.

İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb. 

Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bildirib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun yeganə “cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaqdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Rubio: Azərbaycanla Ermənistan arasında yeni konflikt riski qalır

22 May 2025

Foto: Açıq mənbədən götürülüb

ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistandan danışıb.  Konqresdə hesabat verən Rubioya konqresmenlərdən biri Kris Smit Azərbaycan-Ermənistan münaqişəsində ABŞ-ın rolu barədə sual verib.  Smit Azərbaycan Prezidenti İlham Əliyevi diktator adlandırıb və ölkədə siyasi məhbusların və müharibə əsirlərinin olduğunu deyib. O, Rubiodan həmin şəxslərin azad olunmasında "əlindən gələni etməsini" xahiş edib.  Rubio cavabında deyib ki, ABŞ-ın bölgədə əsas fokuslarından biri Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasıdır.  "Azərbaycanla Ermənistan arasında yeni konflikt riski qalmaqdadır, Vaşinqton bunun qarşısını almağa çalışır", - o bildirib.  Dövlət katibi Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı deyib ki, "əksər hallarda ideal modelə sahib olmayan ölkələrlə də işləməliyik".
Siyasət

Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir

22 May 2025

Foto: Abzas Media

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Abzas Media işi”ndə təqsirləndirilən şəxslərə dövlət ittihamçısının 11-12 il həbs cəzası istəməsini pisləyib.  “Bu jurnalistlərin yeganə “günahı” korrupsiyanı cəsarətlə araşdırmaqdır. Hazırda 20-dən çox müstəqil jurnalist oxşar saxta ittihamlarla üzləşir. Beynəlxalq ictimaiyyət təcili şəkildə Azərbaycanı bu utancverici təzyiqlərə son qoymağa çağırmalıdır,” – CPJ-nin proqram direktoru Karlos Martinez de la Serna bəyanatında bildirib. Sərhədsiz Reportyorlar (RSF) təşkilatı da oxşar bəyanat yayaraq “Abzas"çılara “ümumilikdə 80 il” iş istənilməsini qınayıb. Həmçinin, RSF mayın 19-da Azərbaycanda həbsdə olan 25 jurnalistin fotolarından ibarət qalereya yaradıb və bəyanat verib.  “Artıq iki onillikdən çoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsində media plüralizmini sistemli şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo