Siyasət

Avropa Parlamenti Bakıda saxlanılan erməniləri azad etməyə çağırır

14 Mart, 2025
25

açıq mənbədən götürülüb

Avropa Parlamenti Bakıda saxlanılan ermənilərin hərbi əsir kimi tanınması və dərhal azad edilməsi ilə bağlı qətnamə qəbul edib.

Qətnamə martın 14-də səsverməyə çıxarılıb.

523 lehinə, 3 əleyhinə və 84 bitərəf olmaqla qəbul edilən qətnaməyə görə, Azərbaycan həbs edilmiş Ermənistan vətəndaşlarını dərhal azad etməlidir.

Qətnamədə o da vurğulanır ki, Azərbaycanda 23 erməni girov (əsl mətndən tərif – red.), o cümlədən qondarma “Dağlıq Qarabağ”ın keçmiş “rəsmiləri”, həmçinin 2020-ci il müharibəsi və ondan sonrakı dövrdə əsir götürülən şəxslər də var.

Avropa Parlamenti bu insanların mərhələli məhkəmələrə məruz qaldığını və ömürlük həbs də daxil olmaqla ağır cəzalarla üzləşdiyini bildirir:

“Məhkəmə icraatı zamanı onlar qeyri-insani rəftara, qadağan olunmuş psixoaktiv maddələrdən istifadəyə məruz qalırlar. Onların müstəqil vəkil, tərcüməçi seçmək, apelyasiya şikayəti vermək, qohumları ilə görüşmək, səhhətlərinə görə məhkəmə iclaslarının təxirə salınması kimi hüquqları davamlı olaraq pozulur”.

Qurum Azərbaycan hakimiyyətini erməni məhbusların hüquqlarına, o cümlədən tibbi xidmətdən istifadə imkanlarına riayət olunmasını təmin etməyə və onların saxlanma şəraitinin müstəqil araşdırılmasına icazə verməyə çağırır, Meydan TV yazır.

Avropa Parlamenti bu işi aparan prokuror və hakimlər Camal Ramazanov, Anar Rzayev və Zeynal Ağayevə qarşı beynəlxalq sanksiyaların tətbiqinə çağırır.

Sənəddə Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT agentliklərinin Azərbaycandakı ofislərinin bağlanmasına da ciddi narahatlıq ifadə edilir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə bildirib ki, erməni məhbuslar qanun qarşısında cavab verirlər:

“Ermənistan rəhbərliyinin bu məhkəməyə qarşı bütün resurslarını səfərbər edərək lazımsız bir propaqanda kampaniyası aparır. Onların havadarları, Avropa Parlamentində Ermənistanın maraqlarını təmsil edən müxtəlif lobbi qrupları Azərbaycana qarşı yeni qətnamə layihəsi qəbul etmək fikrindədirlər. Bütün bunlar xüsusilə məhkəmə ilə əlaqədardır”.

Qarabağda müxtəlif dövrlərdə separatçıların “prezidenti” olmuş Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” Davit İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan da daxil olmaqla, Azərbaycanda həbsdə olan 15 nəfərin məhkəməsi davam etdirilir.

Onlara qarşı təcavüzkar müharibə aparma, soyqırım, əhalini məhvetmə, köləlik, əhalini deportasiyaetmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə və başqa çoxsaylı ittihamlar irəli sürülüb.

Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyansa  tək mühakimə olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsinin istifadəsi qeyri-müəyyən və qəbulolunmazdır”

14 Mart 2025

Reuters

Ermənistan Baş naziri Nikol Paşinyan bir qrup türkiyəli jurnalistə müsahibə verib. Martın 13-ü yayımlanan müsahibədə baş nazir maraqlı açıqlamaları ilə yadda qalıb. İlk dəfə türkiyəli jurnalistlərə geniş müsahibə verən Paşinyan bunu “bənzəri görülməmiş bir fürsət” adlandırıb. “Məncə bu gün söhbət etmək və düşüncələrimizi paylaşmaq imkanımızın olması yaxşı bir şeydir”, o qeyd edib. Media mənsubları baş nazirə Türkiyə-Ermənistan əlaqələrindən tutmuş Ermənistanın xarici siyasətinə qədər çoxsaylı suallar ünvanlayıblar. Türkiyə ilə münasibətlərə toxunan Paşinyan iki ölkə arasında dialoqun olmasını “önəmli dəyişiklik” adlandırıb. Ermənistanla Türkiyənin quru sərhədləri Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bağlıdır və ölkələrin bir-birində o vaxtdan diplomatik nümayəndəlikləri yoxdur. Lakin Azərbaycanın...
Siyasət

Bir neçə vətəndaş cəmiyyəti fəalının saxlanıldığı iddia edilir

14 Mart 2025

Toplum TV

Vətəndaş cəmiyyəti fəalları arasında yerli və beynəlxalq QHT-lərə qarşı açılmış cinayət işi üzrə saxlanılanlar olduğu deyilir. Saxlanılanlar arasında "Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlının, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun, "Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Məmmədzadənin və "Media Hüququ" İnstitutunun koordinatoru Xalid Ağəliyevin olduğu iddia edilir. Hazırda saxlanılanıar barədə dəqiqləşdirmələr aparılır. Hələ ki, iddialar rəsmi qurumlar tərəfindən təsdilənməyib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (qurumun adı sonradan dəyişib sadəcə İstintaq İdarəsi olub) 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə qarşı cinayət işi başlanmışdı. Həmin il Sülh və Demokratiya İnstitutunun...

Seçilmiş Videolar

Toplum TV loqo