Siyasət

Avstraliya İlham Rəhimova sanksiya tətbiq edib 

3 Sentyabr, 2025
50

Foto: açıq mənbə

Avstraliya hökuməti Rusiya hakimiyyəti ilə yaxınlığı olan şəxslərə maliyyə sanksiyası və səyahət qadağası tətbiq edib. 

14 nəfərin yer aldığı siyahıda azərbaycanlı biznesmen İlham Rəhimov da var. 

Avstraliya hökuməti şəxslərin sanksiyaya məruz qalmasına səbəb kimi onların Rusiyaya "iqtisadi və ya strateji əhəmiyyəti olan bir fəaliyyətlə məşğul olmaları və ya funksiya yerinə yetirmələrini" əsas gətirib. 

Siyahıda, həmçinin, "Ural Dağ-Metallurgiya" şirkətinin həmtəsisçisi Andrey Koziçin, Moskva merinin müavini Maksim Liksutov, Tatarıstanın keçmiş prezidentinin oğlu Radik Şaymiyev, media meneceri Kristina Potupçik var. 

Rusiya prezidenti Vladimir Putinin dostu olaraq tanınan Rəhimov 1999-cu ildən Rusiyada daşınmaz əmlak biznesi ilə məşğuldur. 

Rəhimov 2005-ci ildə Putin tərəfindən "Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə" 2-ci dərəcəli "Böyük Pyotr" ordeni ilə təltif olunub. 

O, həmçinin, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "əməkdar hüquqşünas" adına və "Şöhrət" ordeninə layiq görülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Çin "tarixinin ən böyük" hərbi paradını keçirib 

3 Sentyabr 2025

Foto: Reuters

Çin İkinci Dünya Müharibəsində Yaponiya üzərində qələbənin 80 illiyini "tarixində ən böyük" adlandırdığı hərbi paradla qeyd edib.  Pekinin Tiananmen meydanında baş tutan paradı Rusiya prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen İn, Azərbaycan prezidenti İlham Əliyev də daxil olmaqla 20-dən çox ölkə başçısı izləyib.  Paraddan öncə çıxış edən Çin lideri Sin Cinpin ölkəsinin "yüksəlişinin qarşısıalınmaz" olduğunu və "tarixin düzgün tərəfində" olduqlarını deyib. Saat yarım davam edən paradda bir çoxu ilk dəfə açıq nümayiş etdirilən raketlər, qırıcı təyyarələr və digər hərbi texnikalar  göstərilib.  Tədbirdə Çin əsgərləri ritmlə addımlayaraq yürüş edib. Ardınca Cinpin meydan boyunca qara limuzində qoşunların qarşısından keçib. O,...
Siyasət

Belçika Fələstini tanıyacaq 

2 Sentyabr 2025

Foto: Associated Press

Belçika bu ay Nyu-Yorkda baş tutacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq.  Bunu Belçikanın xarici işlər naziri Maksime Prevot “X” səhifəsində bildirib.  Onun sözlərinə görə, tanınmadan əlavə olaraq İsrail hökumətinə qarşı “ciddi sanksiyalar” tətbiq ediləcək. Həmçinin, Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşması “tərəfdarlarının antisemitizmi və ya terrorizmin qəhrəmanlaşdırılması daha sərt şəkildə qınanacaq”.  Prevot qərarı Qəzzada baş verəcək “hər hansı soyqırımı riskinin qarşısını almaq öhdəliyi də daxil olmaqla beynəlxalq öhdəliklərlə” izah edib.  “Belçika İsrail hökumətinə və HƏMAS terrorçularına təzyiqi artırmaq üçün qətiyyətli qərarlar qəbul etməli idi. Burada məqsəd İsrail xalqını sanksiyalara məruz qoymaq deyil, lakin hökumətinin beynəlxalq və...

Seçilmiş Videolar

Toplum TV loqo