Siyasət

Avstraliya İlham Rəhimova sanksiya tətbiq edib 

3 Sentyabr, 2025
173

Foto: açıq mənbə

Avstraliya hökuməti Rusiya hakimiyyəti ilə yaxınlığı olan şəxslərə maliyyə sanksiyası və səyahət qadağası tətbiq edib. 

14 nəfərin yer aldığı siyahıda azərbaycanlı biznesmen İlham Rəhimov da var. 

Avstraliya hökuməti şəxslərin sanksiyaya məruz qalmasına səbəb kimi onların Rusiyaya "iqtisadi və ya strateji əhəmiyyəti olan bir fəaliyyətlə məşğul olmaları və ya funksiya yerinə yetirmələrini" əsas gətirib. 

Siyahıda, həmçinin, "Ural Dağ-Metallurgiya" şirkətinin həmtəsisçisi Andrey Koziçin, Moskva merinin müavini Maksim Liksutov, Tatarıstanın keçmiş prezidentinin oğlu Radik Şaymiyev, media meneceri Kristina Potupçik var. 

Rusiya prezidenti Vladimir Putinin dostu olaraq tanınan Rəhimov 1999-cu ildən Rusiyada daşınmaz əmlak biznesi ilə məşğuldur. 

Rəhimov 2005-ci ildə Putin tərəfindən "Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə" 2-ci dərəcəli "Böyük Pyotr" ordeni ilə təltif olunub. 

O, həmçinin, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "əməkdar hüquqşünas" adına və "Şöhrət" ordeninə layiq görülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Avropa Məhkəməsi Bakıda sökülmüş mənzilə görə Azərbaycanı cərimələyib

23 Sentyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Bakıda bir mənzilin sökülməsi ilə bağlı Azərbaycana qarşı qərar qəbul edib. Bu barədə vəkil Fariz Namazlı sosial media hesabında məlumat verib. Məhkəmə mənzilin mülkiyyətçisi ilə bağlı mülkiyyət hüququnun, həmin ünvanda yaşayan digər şəxslə bağlı isə mənzilə hörmət hüququnun pozulduğu qənaətinə gəlib. İş 2010-cu ildə Bakıda üç binanın sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı başlayıb. Dövlət orqanları sakinlərə həmin rayonda yeni tikilən yaşayış binalarında alternativ mənzillər təklif edib. Ərizəçilər isə təklif olunan mənzillərin yerləşdiyi binaların vəziyyətindən narazı olduqlarını bildirərək pul kompensasiyası tələb ediblər, bu tələb rədd olunub. Bundan sonra onlar köçürülmə ilə bağlı inzibati aktların etibarsız...
Siyasət

Casusluqda ittiham olunan Martin Ryan əfv olunub

23 Sentyabr 2026

Teleqraf

Casusluqda ittiham olunaraq 10 il həbs cəzası alan Fransa vətəndaşı, “Merkorama” MMC-nin sabiq baş direktoru Martin Ryan əfv olunub. Bu, prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sentyabrın 23-də imzaladığı sərəncamda qeyd edilib. Martin Ryan bu il martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fransanın xeyrinə casusluqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ryan 2023-cü il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdı. Cinayət işində iddia olunurdu ki, o, sonradan “persona non-grata” elan edilərək Azərbaycandan çıxarılan Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. İstintaqın iddiasına görə, Ryan Azərbaycanda silah-sursat...

Seçilmiş Videolar

Toplum TV loqo