Siyasət

Qabil Məmmədova 16 il qiyabi hökm oxunub

30 İyul, 2025
67

Foto: sosial media

Almaniyada yaşayan və Azərbaycan hökumətini kəskin tənqid edən bloger Qabil Məmmədovun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

"APA"-nın xəbərinə görə, iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə blogerə qiyabi hökm elan edilib.

Hökmə əsasən, Q.Məmmədovun barəsində 16 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Cinayət işində iddia olunur ki, Məmmədov 2015-2017-ci illər ərzində 10 nəfər şəxsi dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə aldadıb və həmin şəxslərdən ümumilikdə 25,597 manat pul alıb.

Həmçinin, Q.Məmmədovun sosial media hesablarından açıq şəkildə terrorçuluğa çağırışlar etdiyi iddia olunub. 

Nəticədə bloger dələduzluq, terrorçuluq, hədə-qorxu ilə tələb etmə maddələri də daxil olmaqla Cinayət Məcəlləsinin 24 maddəsi üzrə ittiham olunub. 

Azərbaycan Baş Prokurorluğu son dönəmlər mühacirətdə olan bir neçə şəxsi İstintaq İdarəsinə çağırıb.

Aralarında bəzi bloger, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər.

Onların arasında ”Akkord" şirkətinin rəhbəri İlqar Hacıyev, blogerlər Məhəmməd Mirzəli, Elşad Məmmədov və “Azərifreedom" kanalının rəhbəri Qurban Məmmədov da var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Almaniyalı keçmiş deputata Azərbaycan adından rüşvət vermək ittihamı ilə hökm oxunub 

31 İyul 2025

Foto: Leonie Asendorpf

Almaniyanın Münhen şəhər məhkəməsi keçmiş Bundestaq üzvü Eduard Lintneri Azərbaycan hakimiyyəti adından almaniyalı məmurlara rüşvət vermək ittihamı ilə doqquz ay şərti həbs cəzasına məhkum edib.  Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin (“OCCRP”) xəbərinə görə, bununla, o, Almaniya tarixində belə bir cinayətdə təqsirli bilinən ilk qanunverici olub. 80 yaşlı Lintner məhkəmədə özünü təqsirli bilməyib və altı ay davam edən proses boyunca özünü “Azərbaycanın dəstəklənməsini şərəfli motivlərlə həyata keçirən qanuni lobbiçi” kimi təqdim edib. Lakin, iyulun 30-da Münhen Ali Regional Məhkəməsi onun digər siyasətçilərə ötürdüyü ödənişlərin əslində rüşvət olduğuna qərar verib. Bundestaqda 33 il deputat olmuş Lintner 2017-ci ildə “OCCRP” və...
Siyasət

Aİ gecikən islahatlar səbəbilə Ukraynaya yardımı azaldıb

28 İyul 2025

Foto: AP

Avropa İttifaqı (Aİ) gecikdirilən anti-korrupsiya islahatları səbəbilə Ukraynaya ayrılan yardımı kəsib.  Avropa Komissiyasının sözçüsü Gijom Mersyenin verdiyi məlumata görə, Ukraynaya “Ukrayna Mexanizmi” proqramı çərçivəsində ayrılacaq növbəti maliyyə yardımı planlaşdırıldığından az olacaq. Buna səbəb isə Aİ-nin gözlədiyi əsas islahatları Kiyevin tam yerinə yetirə bilməməsidir. Ukrayna proqram çərçivəsində dördüncü dəfə və indiyədək ən böyüyü olmaqla 4,5 milyard avro almağı hədəfləyirdi. Lakin nəticədə təxminən 3 milyard avro alacaq. Ukrayna yardım qarşılığında 16 islahat həyata keçirməlidir. İndiyədək Ukrayna hökuməti bunlardan 13-nü həyata keçirdiyini bildirib.  Qalan yerinə yetirilməmiş islahatlar idarəetmənin mərkəzi hakimiyyətdən bölgələrə ötürülməsi, Ali Antikorrupsiya Məhkəməsinə hakim təyinatları və Aktivlərin Qaytarılması və İdarə Olunması...

Seçilmiş Videolar

Toplum TV loqo