Siyasət

Aytac Tapdığın anasının Azərbaycandan çıxışına "stop" qoyulub 

13 may, 2026
305

Dilrubə Amanovanın şəxsi arxivindən

"Meydan TV"-nin həbsdə olan jurnalisti Aytac Tapdığın (Əhmədova) anası Dilrubə Amanovanın Azərbaycandan çıxışı məhdudlaşdırılıb. 

Bu barədə jurnalistin bacısı Aydan Soltan məlumat yayıb.

Onun sözlərinə görə, anası ona "stop" qoyulduğunu aprelin 30-da Almaniyaya səyahət üçün ölkədən çıxmağa cəhd edərkən öyrənib. Bir neçə gün sonra Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) qadağanın götürüldüyü deyilsə də, D.Amanova mayın 12-də yenidən ölkədən çıxmağa cəhd edərkən "stop"un qüvvədə olduğunu öyrənib. 

"Bu gecə anam ölkədən çıxanda yenidən Dövlət Sərhəd Xidmətinin əməkdaşları bildirdi ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ölkədən çıxışa qadağa qoyulub və hava limanı yaxınlığında DİN-in ofisinə göndərildi. Həmin ofisin əməkdaşları bu işə baxmadıqlarını deyərək anamı BŞBPİ-nə göndərdilər. Oradan verilən cavab isə belə oldu ki, “hansı DİN orqanı qoyub qadağanı?”. Yəni gecə ilə DİN ofisi və Baş Polis İdarəsi sistemdə "stop"un haradan qoyulduğunu görmədi. Nəticədə anam ölkədən çıxa bilmədi, biz 17 aydır görüşə bilmirdik və yenə görüşə bilmədik. Üstəlik bu azmış kimi ikinci dəfə 1000 manatlıq biletimiz yandı", - A.Soltan bildirib. 

"Bütün bunlar bir yana qalsın, ilk dəfə vəkilimizə qadağanın səbəbi ilə bağlı “gedib Avropada çıxış etməsin!” demələri də çox maraqlı görünürdü. Bu gün isə öyrənirik ki, ölkədən çıxışa qadağa bacım, “Meydan TV işi” üzrə haqsız yerə şərlənərək həbs olunan jurnalist Aytac Tapdığın elə jurnalist fəaliyyəti ilə bağlıdır. Çox hörmətsiz Daxili İşlər Nazirliyi gəlin sizə bir şey etiraf edim ki, Avropada iştiraka qalsa onu mən edirəm. Anama stop qoymağınıza ehtiyac yox idi. Bizi ailəvi repressiyaya məruz qoymağınız, hədəf almağınız, 17 aydır bir qızı həbsdə, digər qızı ilə görüşə bilməyən bir ananı övladı ilə görüşdən məhrum etmək acizlikdən başqa bir şey deyil!", - o əlavə edib. 

"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...
Siyasət

Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”

6 noyabr 2026

Foto:Turan

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib. Siyasətçi bu barədə noyabrın 6-da sosial media hesabında məlumat yayıb. Cəmil Həsənlinin sözlərinə görə, bacısı oğlundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı çıxış etməsi istənilib. “Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar. Dünən Biləsuvarda bir dəstə polis əməkdaşı idman zalına gəlib mənim bacım oğlu Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ona deyiblər ki, çıx televiziyada Əli Kərimlinin və dayın Cəmil Həsənlinin əleyhinə çıxış elə. De ki, Əli Kərimli və Cəmil Həsənli xalqı...

Seçilmiş Videolar

Toplum TV loqo