Foto: açıq mənbə
Azərbaycanın Müdafiə Nazirliyi (MN) martın 5-də Naxçıvana dron hücumlarının edilməsi barədə bəyanat verib.
MN bildirib ki, zəruri cavab tədbirləri hazırlanır və "bu hücum aktları cavabsız qalmayacaq".
"Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür", - bəyanatda bildirilib.
Martın 5-də sosial şəbəkələrdə Naxçıvan hava limanına dron hücumuna dair videogörüntülər yayılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, dronlardan biri terminala, biri isə Şəkərabad kənd məktəbinin yaxınlığına düşüb, iki nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu Azərbaycan XİN-ə çağırılıb.
İran tərəfi hələ ki açıqlama verməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”
Toplum TV
Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”
Foto:Turan
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir