Siyasət

Azərbaycan və Ermənistan sülh sazişinə razılaşıb?

13 Mart, 2025
20

açıq mənbədən götürülüb

Azərbaycanın xarici işlər naziri  Ceyhun Bayramov deyib ki, Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb.

Jurnalistlərə açıqlama verən nazirin sözlərinə görə, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib, APA yazır.

C.Bayramov hazırda Azərbaycanın əsas gözləntisinin  Ermənistanın konstitusiyasında dəyişiklik etməsi olduğunu qeyd edib.

“Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.

Sülh sazişi layihəsinin 17 maddədən ibarət olduğu bildirilir. İndiyədək saziş layihəsinin 15 maddəsi razılaşdırılmışdı.

Razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

RSF: Azərbaycan hakimiyyətinin xarici medianı susdurması əsassız qərardır

13 Mart 2025

RSF

Azərbaycan hakimiyyətinin bir neçə xarici media orqanının jurnalistlərinin akkreditasiyasını ləğv etməsi “əsassız” qərardır. Bunu Sərhədsiz Reportyrolar (RSF) bildirib və qeyd edib ki, bu qərar "avtoritar" rejimin mətbuat azadlığına təzyiqini daha da gücləndirir. Təşkilat jurnalistlərin akkreditasiyasını dərhal bərpa etməyə çağırıb. Son aylarda Azərbaycanda bir sıra xarici media nümayəndəlikləri fəaliyyətini dayandırıb.  ABŞ-nin "Bloomberg" biznes mediası, "Amerikanın səsi" dövlət mediasının akkreditəsi də ləğv edilib. Britaniyanın "Reuters" xəbər agentliyinin təmsilçisi RSF-ə deyib ki, ""Reuters" üçün işləyən iki frilans jurnalistin də daha Azərbaycanda akkreditəsi yoxdur, çünki hökumətin yeni siyasətinə görə, hər bir xarici media orqanına yalnız bir akkreditə verilir". 1994-cü ildən bəri Azərbaycandan xəbər verən BBC...
Siyasət

Anar Məmmədli: “Haqqımdakı ittihamlar cəfəngiyyat və təxəyyül məhsuludur”

13 Mart 2025

sosial media

Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədli onun haqqında hökumətə yaxın mediada gedən ittihamlara cavab verib.  O, ittihamları “cəfəngiyyat və təxəyyül məhsulu” adlandırıb”.  Sözügedən məqalə bu ilin fevralın 18-də “Report” informasiya agentliyində “USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?” başlığı ilə yayımlanıb.  Bu məqalədə Anar Məmmədlinin rəhbəri olduğu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə 2024-cü ildə USAID tərəfindən külli miqdarda qrantların ödənildiyi yazılıb.  İddia olunub ki, qarşılığında Məmmədliyə 500 nəfərlik müşahidəçi qrupları yaratmaq və həmin il fevralın 7-də keçirilən prezident seçkilərində saxtakarlıq görüntüsü vermək tapşırılıb.  Anar Məmmədli deyib ki, USAID olaraq bilinən ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə 2013-cü ildən əməkdaşlığı olmayıb. O qeyd...

Seçilmiş Videolar

Toplum TV loqo