Azərbaycanda QHT-lərin fəaliyyətinin dayandırılması üçün yeni qaydalar təklif olunur
sosial media
Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin dayandırılması və vaxtından əvvəl bərpası ilə bağlı qərarların məhkəmədən alınaraq müvafiq icra hakimiyyəti orqanına verilməsi təklif olunur.
Bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən dəyişikliklər layihəsində əksini tapıb. Layihə Milli Məclisin noyabrın 17-18-də keçiriləcək plenar iclaslarının gündəliyinə daxil edilib.
Hazırkı qanunvericiliyə əsasən, QHT-nin fəaliyyətinin dayandırılması ilə bağlı qərarı məhkəmə verir. Təklif olunan dəyişiklik qəbul edilərsə, QHT-lərin, eləcə də xarici QHT-lərin Azərbaycandakı filial və nümayəndəliklərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir ilədək dayandırıla biləcək.
Layihəyə görə, QHT-lərin şəffaflıqla bağlı tələblərə əməl etməməsi, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirləri yerinə yetirməməsi fəaliyyətin dayandırılması üçün əsaslar sırasında olacaq.
Xarici QHT-lərin filial və nümayəndəliklərinin bağladıqları sazişin müddəti bitdikdə, uzadılması üçün müraciət edilmədikdə və ya təşkilat rəhbərinin səlahiyyət müddəti başa çatdıqdan sonra üç ay ərzində dövlət reyestrində dəyişiklik aparılmadıqda da fəaliyyət dayandırıla bilər.
Pozuntular aradan qaldırıldıqdan sonra QHT-nin fəaliyyətinin vaxtından əvvəl bərpası da məhkəmənin deyil, icra hakimiyyəti orqanının qərarı ilə mümkün olacaq.
Dəyişikliklər həmçinin QHT-lərin ləğvi üçün yeni əsaslar nəzərdə tutur. Bunlara üç il ardıcıl ümumi yığıncağın çağırılmaması, üç ildən artıq fəaliyyətsizlik, fəaliyyətin dayandırılmasına səbəb olan pozuntuların aradan qaldırılmaması, dayandırıldığı müddətdə fəaliyyət göstərilməsi və nizamnamə məqsədlərindən kənar fəaliyyət daxildir.
Layihəyə əsasən, artıq qeydiyyatda olan yerli QHT-lər qanun qüvvəyə mindikdən sonra 30 gün ərzində nizamnamələrini yeni tələblərə uyğunlaşdıraraq yenidən dövlət qeydiyyatı üçün müraciət etməli olacaqlar. Xarici QHT-lərin filial və nümayəndəlikləri üçün də eyni müddət nəzərdə tutulur.
Müəyyən edilən vaxtda yenidən qeydiyyat üçün müraciət etməyən və ya qeydiyyatdan imtina olunan təşkilatların fəaliyyətinin dayandırılması, ardınca isə ləğv olunmaları üçün məhkəməyə müraciət edilməsi təklif edilir.
Qanun layihəsində QHT qismində yaradılan fondların minimum nizamnamə kapitalının da 10 min manatdan 100 min manata qaldırılması nəzərdə tutulur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Peskov: “Avropa liderləri müharibə ilə bağlı danışıqlarda özlərinə yer axtarırlar”
sosial media
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”