açıq mənbədən götürülüb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun (UNFPA) və Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı nümayəndəlikləri ölkədən çıxarılır.
UNHCR-ın sözçüsü Metyu Saltmarş APA-ya bildirib ki, bu barədə qurum Azərbaycan hökumətindən rəsmi bildiriş alıb və ölkədəki fəaliyyətini başa çatdırır.
Saltmarş qurumun Azərbaycan hökuməti ilə BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinə töhfə vermək üçün “fəal dialoqu” davam etdirəcəyini deyib.
UNFPA isə APA-ya bildirib ki, Azərbaycanla qarşılıqlı fəaliyyət bundan sonra qurumun Şərqi Avropa və Mərkəzi Asiya regional bölməsi, eləcə də qərargahı vasitəsilə davam etdiriləcək.
Rəsmi Bakı hələ martın əvvəlində BMT-nin dörd ofisinin - BMT-nin İnkişaf Proqramı (UNDP), UNFPA, UNHCR və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib.
Hökumət BMT-nin 4 yerli ofisi ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) də yerli nümayəndəliyinin bağlanması ilə bağlı bildiriş göndərmişdi.
Hökumətin əsaslandırmasına görə, bu qurumların Azərbaycanda məşğul olacaqları bir iş qalmayıb və onların ofisinin fəaliyyət göstərməsinin də mənası yoxdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
sosial media