Siyasət

Ceyhun Bayramov: "Tehrandakı səfirliyin və Təbrizdəki konsulluğun təxliyəsi üçün tapşırıq verilib" 

6 mart, 2026
155

Foto: açıq mənbə

Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verilib.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 6-da Moldovanın xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında bildirib.

O əlavə edib ki, martın 5-də Naxçıvana dron hücumlarının edilməsi ilə bağlı İran səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Onun sözlərinə görə, İran tərəfi məsələnin araşdırılacağını vəd edib. 

Martın 5-də sosial şəbəkələrdə Naxçıvan hava limanına dron hücumuna dair videogörüntülər yayılıb. 

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, dronlardan biri terminala, biri isə Şəkərabad kənd məktəbinin yaxınlığına düşüb, dörd nəfər xəsarət alıb. 

Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirərək hadisəni İran tərəfindən terror aktı adlandırıb, cavab tədbirlərinin görüləcəyini deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...
Siyasət

Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”

6 noyabr 2026

Foto:Turan

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib. Siyasətçi bu barədə noyabrın 6-da sosial media hesabında məlumat yayıb. Cəmil Həsənlinin sözlərinə görə, bacısı oğlundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı çıxış etməsi istənilib. “Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar. Dünən Biləsuvarda bir dəstə polis əməkdaşı idman zalına gəlib mənim bacım oğlu Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ona deyiblər ki, çıx televiziyada Əli Kərimlinin və dayın Cəmil Həsənlinin əleyhinə çıxış elə. De ki, Əli Kərimli və Cəmil Həsənli xalqı...

Seçilmiş Videolar

Toplum TV loqo