sosial media
Həbsdə olan müəllim və hökumət tənqidçisi Dəyanət Çələbi oktyabrın 26-dan aclıq aksiyasına başlayacağını bildirib.
“Azadlıq” qəzetinin məlumatına görə, o, bu addımı hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində yol verildiyini iddia etdiyi qanunsuzluqlara etiraz olaraq atır.
Çələbi bildirib ki, müdafiə tərəfinin hüquqi əsaslandırmalarına baxmayaraq, vəsatətləri təmin olunmur və məhkəmə heç bir dəlil olmadan onun barəsində hökm çıxarmağa hazırlaşır.
Dəyanət Çələbi məhkəmə proseslərinin birində ittihamları qəbul etmədiyini də bildirib:
“Ümumiyyətlə, belə hadisə baş verməyib. Bu, mütəşəkkil şəkildə əvvəlcədən mənə qarşı qurulmuş işdir. Belə bir işi düzüb-qoşub məhkəməyə göndərmək tək məni şərləmək deyil, məhkəməyə, hakimlərə qarşı da hörmətsizlikdir”.
Sosial şəbəkələrdə Azərbaycan hökumətini tənqid etməsi ilə tanınan Dəyanət Çələbi ötən il dekabrın 22-də həbs olunub.
O, həbsindən bir gün əvvəl “Facebook” hesabında bu statusu paylaşıb:
“Əliyevin ailə hakimiyyəti ölkəni gücləndirmədi, ölkəni zəiflətdi. Dövlət şəxsləşdirildi, xalq kənarlaşdırıldı, gələcək ipoteka altına qoyuldu”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Vəkil: “Aynur Elgünəşin təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb”
sosial media
Abzasmedia
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”