Vəkil: “Aynur Elgünəşin təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb”
sosial media
“Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətinin pisləşdiyi və təcili əməliyyata ehtiyacı olduğu bildirilir. Bu barədə vəkili Elçin Sadıqov sosial media hesabında məlumat yayıb.
Vəkilin sözlərinə görə, jurnalistin ev dustaqlığına buraxılması barədə vəsatət oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təmin edilməyib.
Sadıqov bildirib ki, həkimlər əməliyyatdan əvvəl kompüter tomoqrafiyası (KT) müayinəsinin aparılmasını və qərarın nəticələrə əsasən verilməsini istəyirlər. Onun sözlərinə görə, Aynur Elgünəş əvvəllər dəfələrlə əməliyyat olunduğundan, müayinə aparılmadan birbaşa əməliyyat edilməsi risklidir.
“Təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb”, - deyə vəkil bildirib.
“Meydan TV”nin oktyabrın 19-da yaydığı məlumata görə, jurnalistin böyrəyində 18 millimetrlik daş aşkarlanıb və həkimlər təcili əməliyyat tövsiyə ediblər. Vəkillər onun indiyədək 17 əməliyyat keçirdiyini və həbs olunmazdan əvvəl də növbəti əməliyyata hazırlaşdığını bildiriblər.
Aynur Elgünəş səhhətinin pisləşməsi səbəbindən oktyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. “Sərhədsiz Reportyorlar” təşkilatı da jurnalistin tibbi yardıma çıxışı ilə bağlı narahatlığını ifadə edib və tibbi göstərişlər əsasında azadlığa buraxılmasını tələb edib.
Aynur Elgünəş 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. Ona qarşı qaçaqmalçılıq və digər maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Jurnalist ittihamları qəbul etmir və həbsinin peşə fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Abzasmedia
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”