Foto: sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla sürücüsü olan Zaur Rzalıya qarşı cinayət işi açılıb.
AXCP üzvlərinin bildirdiyinə görə, Rzalı mayın 29-da Nərimanov Rayon Polis İdarəsinə çağırılıb və ona barəsində Cinayət Məcəlləsinin 228.5-ci maddəsi (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) ilə cinayət işi açıldığı deyilib.
Fəal sərbəst buraxılsa da, onun ölkədən çıxışına qadağa qoyulub.
Rzalı “Facebook” səhifəsində cinayət işinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu yazıb.
“Hələlik nisbi azadlıqdayam, amma bilin ki, heç bir repressiya bizləri yolumuzdan döndərə bilməz”, - o qeyd edib.
Rzalı aprelin 1-də polisə müqavimət ittihamı ilə 30 sutkalıq inzibati qaydada həbs olunmuşdu.
Son aylarda Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi və sürücüsü işləmiş şəxslərə qarşı inzibati və cinayət işi əsaslı həbslər baş verir.
Mayın 20-də Kərimlinin mühafizəçisi olmuş Novruz Tağıyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb və barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Həmin gün, həmçinin, Ə.Kərimliyə ictimai əsaslarla sürücülük etmiş Rəşad Əliyev 25 sutka inzibati qaydada həbs olunub.
Mayın 5-də isə partiya sədrini maşını ilə tədbirlərə aparmış Asam Əli və mühafizəçisi Kənan İsmayıl da 30 sutka həbs olunublar.
Onun digər mühafizəçisi Niyaməddin Əhmədov isə 2021-ci ildə terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Daha bir mühafizəçisi Kənan Basqal isə bu ilin martda bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etmirlər.
AXCP-nin 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: Globalinfo
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib