Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda forumda iştirak edəcək
Foto: Ermənistan MTX
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) sentyabrın 19-da xidmətin sədri Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyətinin Bakıda forumda iştirak edəcəyini xəbər verib.
Bakı Təhlükəsizlik Forumu adlanan tədbir sentyabrın 21-də baş tutacaq. MTX tədbirlə bağlı əlavə detallar açıqlamayıb.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən forum 2023-cü ildən təşkil olunur.
DTX-nin saytında verilən məlumata görə, bu il forumun diqqət mərkəzində “terrorizm aktları və silahlı münaqişələr zamanı, həmçinin qlobal texnogen fəlakətlər və ekoloji kataklizmlər zamanı humanitar böhranların qarşısının alınmasında təhlükəsizlik qurumları arasında qarşılıqlı əməkdaşlığın rolu” məsələsi olacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: The Guardian
Foto: açıq mənbə
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib