Foto: açıq mənbə
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov Minskə səfəri çərçivəsində bu şəhərin İcraiyyə Komitəsi sədrinin müavini Oleg Korzun ilə görüşüb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti bildirib ki, görüşdə "qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri, o cümlədən şəhər təsərrüfatı, ekoloji təhlükəsizlik və tullantıların idarə olunması məsələləri müzakirə olunub".
"Oleg Korzun Bakı şəhərinin inkişafını, abadlıq və təmizlik səviyyəsini yüksək qiymətləndirib. O, xüsusilə Bakıda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi sahəsində həyata keçirilən layihələrin uğurundan xəbərdar olduğunu qeyd edib və bu təcrübəni öyrənməkdə maraqlı olduqlarını bildirib", - açıqlamada deyilir.
Ayaz Hüseynov isə qeyd edib ki, prezident Ilham Əliyevin tapşırığına əsasən "Bakı şəhərində həyata keçirilən bərk məişət tullantılarının çeşidlənmə layihəsi uğurla icra olunur və Bakının bu sahədə təcrübəsini bölüşməyə hazırdırlar".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Azərtac
Foto: primeminister.am
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib