Foto: Getty Images
Çeçenistan lideri Ramzan Kadırov 17 yaşlı oğlu Adam Kadırova "bələdiyyə təşkilatları tərəfindən əmlak vergilərinin ödənilməsinə nəzarətçi" vəzifəsi verib.
Bununla, A.Kadırov respublikada 7 vəzifənin sahibi olub.
O, həmçinin, atasının şəxsi mühafizə xidmətinin rəhbəri, Çeçenistan Təhlükəsizlik Şurasının katibi, Qudermes bölgəsində Xüsusi Təyinatlı Qüvvələr Universitetinin nəzarətçisi, Çeçenistanın Müdafiə Nazirliyinə bağlı Benoa Baysanqur və Şeyx Mansur batalyonlarının kuratoru, Çeçenistan Daxili İşlər Nazirliyinin nəzarətçisi, habelə Qəzza zolağının sakinlərinə humanitar yardım üçün vəsait toplanmasına nəzarətçidir.
Kadırov bu qərarı sentyabrın 17-də hökuməti üzvləri ilə regionun sosial-iqtisadi inkişafına həsr olunmuş geniş iclasda elan edib. Təyinat barədə yerli “Chechnya Today” xəbər agentliyi məlumat yayıb.
A.Kadırovun bu vəzifəyə hansı müddətə təyin olunduğu və hansı bələdiyyə təşkilatlarına nəzarət edəcəyi məlum deyil.
A.Kadırov 2023-cü ildə, 15 yaşında ikən Quranı yandırmaqda ittiham olunan rusiyalı Nikita Juravelə istintaq təcridxanasında hücum etməklə geniş ictimai diqqət qazanmışdı.
Oğul Kadırov yetkinlik yaşına çatmamasına və siyasi təcrübəsinin olmamasına rəğmən bu vəzifələrə təyin olunub. Onun orta məktəbi bitirib-bitirmədiyi də məlum deyil.
Rəsmi açıqlamalara görə, o, 2015-ci ildə birinci sinifə başlayıb, lakin bundan sonra onun təhsili barədə heç bir məlumat verilməyib.
Kadırovun oğlunu özünə varis kimi hazırladığı və hakimiyyəti ona ötürmək üçün hüquqi və ya siyasi mexanizm axtardığı güman edilir.
Rusiya qanunvericiliyinə görə, rəsmi dövlət vəzifələrinin ailə üzvlərinə birbaşa ötürülməsi qadağandır və region rəhbəri olmaq üçün minimum yaş həddi 30-dur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AP
Foto: Getty Images
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib