Foto: Reuters
Fransanın keçmiş prezidenti Nikola Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib.
Sentyabrın 25-də Paris Cinayət Məhkəməsi hökmü verib.
400 səhifəlik hökmə əsasən, Sarkozi 2007-ci ildə prezidentlik kampaniyası dövründə “maliyyə dəstəyi əldə etmək üçün səlahiyyəti olan yaxın adamlarına və siyasi tərəfdarlarına” Liviya hakimiyyət orqanlarına müraciət etməyə icazə verib.
Bununla belə, məhkəmə ona “oğurlanmış malların alınması və Liviya dövlət vəsaitlərinin mənimsənilməsi, passiv rüşvətxorluq və kampaniyanın qeyri-qanuni maliyyələşdirilməsi” ittihamlarından bəraət verib.
Onun iki keçmiş tərəfdarı Klod Queant və Bris Hortefe passiv korrupsiyada təqsirli bilinib. Sarkozinin prezidentlik kampaniyasının xəzinədarı Erik Voert isə bəraət alıb.
Dövlət ittihamçıları keçmiş prezidentə 7 illik həbs cəzası tələb etmişdi.
Ardıcıl olaraq təqsirsiz olduğunu bəyan edən 70 yaşlı Sarkozi “tələb olunan cəzanın həddən artıq olduğunu” deyərək pisləyib.
O, ittihamların keçmiş Liviya prezidenti Müəmmar Qəddafinin klanı tərəfindən hazırlanan planın bir hissəsi olduğunu deyib. O iddia edib ki, klan ondan Qəddafinin 2011-ci ildə Sarkozinin “həlledici rolu ilə devrilməsinin” qisasını alır.
Sarkozinin həbsini bir neçə ay təxirə salacaq apellyasiya şikayəti verməsi gözlənilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: Bilal Hussein
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"