Siyasət

Hüquq müdafiəçiləri: “Əfqan Sadıqovun sağlamlığına dəyən zərər geridönməz ola bilər“

7 Fevral, 2025
125

VOA

Rəsmi Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş jurnalist Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. 

Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Xanımı Sevinc Sadıqova deyib ki, onun aclığı 142 gündür ki, davam edir (Turan).

Əfqan Sadıqovun hüquqlarını müdafiə edən Gürcüstan Sosial Ədalət Mərkəzi bəyanat verərək onun vəziyyətindən narahatlığını bildirib.

Fevralın 2-də quru aclığa keçən Ə. Sadıqovun vəziyyəti fevralın 5-də çox pisləşib və bir neçə saatlığa huşunu itirib.

Bəyanatda o da deyilir ki, fevralın 6-da Əfqan Sadıqov ailəsinin israrlı xahişindən və vəkillərin tövsiyələrindən sonra su içməyə razı olub: “Əfqan Sadıqov 142 gündür ki, saxlanıldığı müalicə məssisəsində aclıq edir və vəziyyəti ağırdır. Uzun aclıqdan sonra onun sağlamlığına dəyən zərər geridönməz ola bilər”.

Əfqan Sadıqov Azərbaycanda təqiblərdən ehtiyat edərək 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib. İyulda onu  Gürcüstandan Türkiyəyə buraxmayıblar və deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.

Avqustda Azərbaycanın sorğusu əsasında Sadıqov həbs edilib. Hədə yoluyla tələb etmədə ittiham olunan Sdıqovun ekstradisiyası tələb olunur. Gürcüstan hakimiyyəti ona  siyasi sığınacaq verməkdən imtina edib.

Noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib. Yanvarın 31-də Tbilisi məhkəməsi Əfqan Sadıqovun həbs müddətini daha üç ay uzadıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib

17 Sentyabr 2025

Foto: Toplum TV

“Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist, “arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) səhhətində problem yaranıb. Ailəsinin Meydan TV-yə bildirməsinə görə, jurnalist mədə-bağırsağında yaranan problemə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Onun mədə xorasından əziyyət çəkdiyi bildirilir. Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.  Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir. 2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7...
Siyasət

Beş ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina edəcəyini deyir 

16 Sentyabr 2025

Foto: Getty Images

İspaniya İsrailin iştirak edəcəyi təqdirdə gələn il keçiriləcək "Avroviziya" mahnı müsabiqəsini boykot edəcək.  Bununla İspaniya İsrailin iştirakına görə müsabiqədən geri çəkiləcəyini bildirən beşinci ölkə olub.  Daha əvvəl Hollandiya, İrlandiya, Sloveniya və İslandiya da analoji qərarlarını açıqlayıb.  İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb edən ölkələr siyahısının böyüməsi müsabiqəni təşkil edən Avropa Yayım Birliyinə (AYB) təzyiqi artırıb.  "Avroviziya" mahnı müsabiqəsinin Nəzarət Qrupu bildirib ki, İsrailin iştirakına dair qərar hələ verilməyib və onlar “bir neçə ölkə tərəfindən ifadə olunan narahatlıqları nəzərə alıblar."  İspaniyanın dövlət televiziyası RTVE bu qərarı sentyabrın 16-da keçirilən idarə heyəti səsverməsindən sonra elan edib. Televiziya prezidenti Xose Pablo Lopesin təqdim etdiyi təklif...

Seçilmiş Videolar

Toplum TV loqo