Siyasət

Qabil Məmmədov Baş Prokurorluğa çağırılıb

16 Mart, 2025
32

sosial media

Hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan Qabil Məmmədova rəsmi xəbərdarlıq edilib.

Məlumata görə, Qabil Məmmədov şəxsiyyətinin təsdiq edən sənədlə birlikdə 17 aprel 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə gəlməlidir.

İctimai televiziyanın Azərbaycan Baş Prokurorluğuna istinadən yaydığı məlumatda belə deyilir.

Qabil Məmmədovun Cinayət Məcəlləsinin 24 maddəsi üzrə təqsirləndirildiyi bildirilir.

O, “Youtube“ kanallarında və digər sosial media platformalarında Azərbaycan hakimiyyətini kəskin şəkildə tənqidi ilə tanınır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tramp və Putin Ukraynadakı müharibəyə son qolumasını müzakirə edəcək

17 Mart 2025

Evan Vucci/AP

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukraynada müharibəyə son qoyulmasını müzakirə edəcəyini bildirib. Müzakirənin martın 18-də baş tutacağı deyilir.  "Reuters" xəbər verir ki, Tramp bu barədə prezidentin təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib. Tramp deyib ki, Ukraynada müharibəni bitirmək üçün “yaxşı şans” var.  "Biz torpaqdan danışacağıq. Elektrik stansiyalarından danışacağıq. Hesab edirəm ki, hər iki tərəf, Ukrayna və Rusiya artıq çox şeyi müzakirə ediblər. Biz artıq müəyyən aktivlərin bölünməsi haqqında danışırıq", - o deyib. Bundan əvvəl Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra Kiyev Rusiya da atəşkəsə razılaşacağı təqdirdə Vaşinqtonun dərhal 30 günlük atəşkəs təklifini...
Siyasət

“Amerikanın səsi” və “Azadlıq radiosu” fəaliyyətini dayandırıb

16 Mart 2025

açıq mənbədən götürülüb

"83 ildə ilk dəfə əfsanəvi “Amerikanın Səsi” kəsildi" “Amerikanın səsi” və “Azadlıq radiosu” fəaliyyətini dayandırıb. Bu, prezident Donald Trampın mediaların işinə nəzarət edən ABŞ Qlobal Media Agentliyi (USAGM) ilə bağlı verdiyi qərardan sonra baş verib.  Martın 14-də açıq ABŞ Qlobal Media Agentliyi də daxil olmaqla yeddi federal agentliyin fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulurdu. Fərmanın dərcindən bir neçə saat sonra USAGM məktub yayıb və bildirib ki, konqresin Azad Avropa/Azadlıq Radiolarının maliyyələşdirilməsinə ayırdığı qrant dayandırılıb.   “Amerikanın səsi” və “Azadlıq Radiosu”-nun əməkdaşlarına növbəti bildirişə qədər ödənişli inzibati məzuniyyət verildiyi barədə məlumat yayılıb. “Amerikanın Səsi”—nin direktoru Maykl Abramovitz bildirib ki, inzibati məzuniyyətlə...

Seçilmiş Videolar

Toplum TV loqo