Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
Apa
Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində ona qarşı təzyiqlərin artdığını bildirib.
Bu barədə Hacıyevin yaxınları “Toplum TV“-yə bildiriblər.
Onların sözlərinə görə, xüsusilə Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin Bakıya son səfərindən sonra B.Hacıyevə, eləcə də ona müraciət ünvanlayan digər məhbuslara qarşı təzyiqlər güclənib.
“Mediada və sosial şəbəkələrdə dərc olunan materialların ona çatdırılması qadağan edilib, kitablar verilmir, şəxsi əşyaları yoxa çıxır, şikayətlərinə baxılmır və müəssisə rəhbərliyi tərəfindən fiziki zorakılığa məruz qalır”, - deyə B.Hacıyev yaxınlaı vasitəsi ilə bildirib.
İctimai fəal onu da qeyd edib ki, von der Leyenə müraciət etmiş digər məhbus Yaşar Ağazadə cərimə kamerasına (“kars”) salınıb və artıq 10 gündən çoxdur ki, aclıq aksiyası keçirir.
Bəxtiyar Hacıyev yaxınları vasitəsilə bildirib ki, oxşar təzyiqlər digər həbsxanalarda saxlanılan “siyasi məhbus” və jurnalistlərə qarşı da tətbiq olunur.
“Aydındır ki, Avropa üçün enerji, iqtisadi və ticari maraqlar prioritetə çevrilib. Lakin yüzlərlə siyasi məhbusun, jurnalistin və fəalın hüquqlarının bu maraqlar naminə gözardı edilməsi Avropanın öz dəyərləri və insan haqları prinsipləri ilə ziddiyyət təşkil edir. Azərbaycan hakimiyyəti beynəlxalq təzyiqin zəiflədiyini gördükcə repressiyaları daha da sərtləşdirir, yeni həbslər həyata keçirir və həbsdə olan şəxsləri informasiya, media və cəmiyyətlə əlaqədən məhrum etməklə onların səsini tamamilə susdurmağa çalışır”, - deyə fəalın yaxınları vurğulayıb.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında saxlanılıb. Bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi B.Hacıyevə 10 il həbs cəzası və onun mənzilinin və bank hesabındakı vəsaitin müsadirəsinə qərar verib.
Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.
Fəal ilkin olaraq xuliqanlıq və məhkəməyə sayqısızlıq maddələri ilə ittiham olunsa da, sonradan ona qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və başqa əlavə ittihamlar da irəli sürülüb.
B.Hacıyev özünü təqsirli bilmir və daxili işlər naziri Vilayət Eyvazovun ünvanına etdiyi tənqidlərə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
sosial media
Müdafiəçiləri: "Əli Kərimlinin vəsatətləri müsadirə olunur, sovqat qəbuluna imkan verilmir"
Meydan TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür