Siyasət

Müdafiəçiləri: "Əli Kərimlinin vəsatətləri müsadirə olunur, sovqat qəbuluna imkan verilmir"

20 İyul, 2026
67

Meydan TV

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi siyasətçiyə qarşı qanunsuzluqların davam etdiyini bildirib. 

Komitə yaydığı bəyanatda qeyd edir ki, Ə.Kərimlinin saxlanma şəraiti ilə bağlı daha əvvəl "qəsdən yaradılmış çətinliklərə yeni məhdudiyyətlər əlavə olunub.". 

"Onunla eyni kameraya bilərəkdən yerləşdirilən psixi problemli, terrorçuluqda ittiham edilən və gecələr hay-küy salaraq onun yatmasına imkan verməyən dustaq hələ də orada saxlanılır. Onun öz ailəsi ilə görüş və telefon danışıqlarına, açıq havada gəzinti vaxtına, gündəlik xəbərlərlə tanış olmasına tətbiq edilən məhdudiyyətlər də əvvəlki kimi qalır", - deyə qeyd olunub. 

Komitə son günlərdə tətbiq olunan yeni qadağalara nümunə olaraq bildirir ki, siyasətçinin "ailəsindən qida sovqatı qəbul etməsi məhdudlaşdırılıb, kamerasında bir az əvvəl bərpa edilmiş televiziya yayımları yenidən kəsilib, əlyazma qeydləri, hətta məhkəmə üçün hazırladığı vəsatətlər də müsadirə olunur və vəkillərinin onunla görüşə yazılı qeydlər keçirməsinə imkan verilmir."

Müdafiə Komitəsi məhdudiyyətlərin Ə.Kərimlinin beynəlxalq mediaya müsahibələrinə görə olduğunu və prezident İlham Əliyevin göstərişi ilə həyata keçirildiyini bildirib. 

"Bundan başqa, Əli Kərimliyə qarşı qanunsuzluqlarla bağlı vəkillərin verdiyi şikayətləri rayon və apellyasiya məhkəmələri baxışa qəbul etmir ki, bu da bütün hakimiyyət qollarının bir əldə cəmləndiyi və tək adam hakimiyyətinin hökm sürdüyü Azərbaycan şəraitində sifarişçinin kimliyinə, yəni şəxsən İlham Əliyev olduğuna əlavə aydınlıq gətirir", - bəyanatda deyilir. 

Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.Müdafiəçiləri: "Əli Kərimlinin vəsatətləri müsadirə olunur, sovqat qəbuluna imkan verilmir"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi siyasətçiyə qarşı qanunsuzluqların davam etdiyini bildirib. 

Komitə yaydığı bəyanatda qeyd edir ki, Ə.Kərimlinin saxlanma şəraiti ilə bağlı daha əvvəl "qəsdən yaradılmış çətinliklərə yeni məhdudiyyətlər əlavə olunub.". 

"Onunla eyni kameraya bilərəkdən yerləşdirilən psixi problemli, terrorçuluqda ittiham edilən və gecələr hay-küy salaraq onun yatmasına imkan verməyən dustaq hələ də orada saxlanılır. Onun öz ailəsi ilə görüş və telefon danışıqlarına, açıq havada gəzinti vaxtına, gündəlik xəbərlərlə tanış olmasına tətbiq edilən məhdudiyyətlər də əvvəlki kimi qalır", - deyə qeyd olunub. 

Komitə son günlərdə tətbiq olunan yeni qadağalara nümunə olaraq bildirir ki, siyasətçinin "ailəsindən qida sovqatı qəbul etməsi məhdudlaşdırılıb, kamerasında bir az əvvəl bərpa edilmiş televiziya yayımları yenidən kəsilib, əlyazma qeydləri, hətta məhkəmə üçün hazırladığı vəsatətlər də müsadirə olunur və vəkillərinin onunla görüşə yazılı qeydlər keçirməsinə imkan verilmir."

Müdafiə Komitəsi məhdudiyyətlərin Ə.Kərimlinin beynəlxalq mediaya müsahibələrinə görə olduğunu və prezident İlham Əliyevin göstərişi ilə həyata keçirildiyini bildirib. 

"Bundan başqa, Əli Kərimliyə qarşı qanunsuzluqlarla bağlı vəkillərin verdiyi şikayətləri rayon və apellyasiya məhkəmələri baxışa qəbul etmir ki, bu da bütün hakimiyyət qollarının bir əldə cəmləndiyi və tək adam hakimiyyətinin hökm sürdüyü Azərbaycan şəraitində sifarişçinin kimliyinə, yəni şəxsən İlham Əliyev olduğuna əlavə aydınlıq gətirir", - bəyanatda deyilir. 

Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21 İyul 2026

sosial media

Azərbaycan Dağınıq Oda Teatrının (ADO) mühacirətdə yaşayan yaradıcısı, aktyor Elmin Bədəlov Avropa institutları və siyasi liderlərə açıq məktub ünvanlayıb. O, Avropa ölkələrini iqtisadi və geosiyasi maraqları əsas götürərək Azərbaycanda baş verən insan hüquqları pozuntularına və həbslərə laqeyd yanaşmamağa çağırıb. Bədəlov qeyd edib ki, 2013-cü ildə təsis etdiyi müstəqil teatr təzyiqlər nəticəsində fəaliyyətini dayandırıb, özü isə ölkəni tərk etməyə məcbur qalıb. Onun sözlərinə görə, avtoritar rejimlər ən çox azad düşüncədən ehtiyat edir: “Siyasi dəyişiklik hakimiyyət dəyişəndə başlamır. Siyasi dəyişiklik insanların fərqli düşünməsi, suallar verməsi və yeni gələcək təsəvvür etməsi ilə başlayır. Avtoritar sistemlər bunu çox yaxşı başa düşür. Məhz buna görə...
Siyasət

Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

20 İyul 2026

Apa

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində ona qarşı təzyiqlərin artdığını bildirib. Bu barədə Hacıyevin yaxınları “Toplum TV“-yə bildiriblər. Onların sözlərinə görə, xüsusilə Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin Bakıya son səfərindən sonra B.Hacıyevə, eləcə də ona müraciət ünvanlayan digər məhbuslara qarşı təzyiqlər güclənib. “Mediada və sosial şəbəkələrdə dərc olunan materialların ona çatdırılması qadağan edilib, kitablar verilmir, şəxsi əşyaları yoxa çıxır, şikayətlərinə baxılmır və müəssisə rəhbərliyi tərəfindən fiziki zorakılığa məruz qalır”, - deyə B.Hacıyev yaxınlaı vasitəsi ilə bildirib. İctimai fəal onu da qeyd edib ki, von der Leyenə müraciət etmiş digər məhbus Yaşar Ağazadə...

Seçilmiş Videolar

Toplum TV loqo