Siyasət

İlham Əliyev: “Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik"

15 Mart, 2025
83

Toplum TV/kollaj

Prezident İlham Əliyev deyib ki, sülh istənilirsə, Avropanın Sülh Fondu Ermənistanı silahlandırmaq üçün milyonlarla dollar xərcləməməlidir. 

“Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür. Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur”.

O bu sözləri “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda deyib.

“Dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi”, o əlavə edib.

Prezident iddia edib ki, onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar:

“Beləliklə, biz Prezident Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu, asan deyil. Lakin edilməlidir”.

Prezident Əliyev onu da qeyd edib ki,  USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsinə hazırdırlar.

“Onlar insanlara necə rüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necə istifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarını necə pozurdular?! İndi məsuliyyətli olmaq vaxtı yetişib”.

Ötən ilin sonunda Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində USAID-in fəaliyyətini tənqid etmişdi. O, qurumun ölkədə fəaliyyətini qadağan edə biləcəyini söyləmişdi. 

2025-ci il yanvarın 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsasının olmadığını bildirmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Hüquqşünas: Hökumət repressiyanı beynəlxalq arenaya daşıyır

17 Mart 2025

Səməd Rəhimli/şəxsi arxiv

Azərbaycan Baş Prokurorluğu mühacirətdə olan bir neçə şəxsi İstintaq İdarəsinə çağırıb.  Aralarında bəzi bloqqer, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər. Onların biri son illər Azərbaycan hakimiyyətini kəskin tənqid edən ”Akkord" şirkətinin rəhbəri İlqar Hacıyevdir. Prokurorluq İ.Hacıyevin Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunduğunu, onun barəsində axtarış elan edildiyini və artıq həbs-qətimkan tədbirinin seçildiyini vurğulayır. Həmçinin, bloqqerlər Məhəmməd Mirzəli, Elşad Məmmədov və Qabil Məmmədov da Baş Prokurorluğa çağırılıb. Baş Prokurorluğa çağırılan mühacirlərdən biri də hüquqşünas, "Azərifreedom" kanalının rəhbəri Qurban Məmmədovdur.  Q.Məmmədov da terrorçuluq və daha bir neçə başqa maddələrlə ittiham edilir.  Baş Prokurorluğa çağırılan...
Siyasət

Azərbaycan və Ermənistan sülh razılaşması: “Nə hərb, nə sülh” vəziyyəti

17 Mart 2025

Maxim Shemetov/AFP

Azərbaycan və Ermənistanın sülh müqaviləsi üzrə danışıqlarını başa çatdırmaqlarına baxmayaraq, Azərbaycan qarşı tərəf haqqında müharibəyə hazırlaşmaq iddiaları qaldırır. Azərbaycan prezidenti İlham Əliyev martın 13-dəki çıxışında bu iddianı səsləndirib və deyib ki, “Ermənistanın sözünə inanmaq olmaz”. Üstəlik, Azərbaycan tərəfi Ermənistandan sülh razılaşmasına daxil olmayacağı bildirilən məsələlərin həllində də israrlıdır. Bu zaman ortaya sual çıxır: Azərbaycan və Ermənistan sülh razılaşmasını həqiqətən imzalamağa hazırdırmı? Siyasi şərhçi Ərəstun Oruclu Toplum TV-yə bildirib ki, belə bir mühitdə sülh razılaşmasının imzalanacağına inanmaq çətindir. O düşünür ki, sülh müqaviləsi bu il də imzalanmayacaq. “Bunun səbəbi geosiyasi vəziyyətdir. Rusiya istəyir ki, müqavilə onun vasitəçiliyi ilə imzalansın. Amma Avropa...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo