açıq mənbədən götürülüb
"83 ildə ilk dəfə əfsanəvi “Amerikanın Səsi” kəsildi"
“Amerikanın səsi” və “Azadlıq radiosu” fəaliyyətini dayandırıb.
Bu, prezident Donald Trampın mediaların işinə nəzarət edən ABŞ Qlobal Media Agentliyi (USAGM) ilə bağlı verdiyi qərardan sonra baş verib.
Martın 14-də açıq ABŞ Qlobal Media Agentliyi də daxil olmaqla yeddi federal agentliyin fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulurdu.
Fərmanın dərcindən bir neçə saat sonra USAGM məktub yayıb və bildirib ki, konqresin Azad Avropa/Azadlıq Radiolarının maliyyələşdirilməsinə ayırdığı qrant dayandırılıb.
“Amerikanın səsi” və “Azadlıq Radiosu”-nun əməkdaşlarına növbəti bildirişə qədər ödənişli inzibati məzuniyyət verildiyi barədə məlumat yayılıb.
“Amerikanın Səsi”—nin direktoru Maykl Abramovitz bildirib ki, inzibati məzuniyyətlə bağlı bildirişi 1300-ə yaxın işçi alıb.
"83 ildə ilk dəfə əfsanəvi “Amerikanın Səsi” kəsildi", - deyə o yazıb.
Direktor deyib ki, bu qərar media qurumunun həyati missiyasını yerinə yetirməsinə mane olacaq.
“Bu missiya, Amerikanın İran, Çin və Rusiya kimi oponentlər ABŞ-ı gözdən salmaq üçün yalan xəbərlər yaratmağa milyardlarla dollar xərclədiyi bu gündə xüsusilə vacibdir”.
Azadlıq Radiosunun prezidenti Stiven Kapus da media qurumuna ayrılan qrantın dayandırılması barədə yayılan məlumatları şərh edib.
O, deyib ki, qrant sazişinin dayandırılması Amerikanın düşmənlərinə böyük hədiyyədir.
"İran ayətullahları, Çinin kommunist liderləri, Moskva və Minskdəki avtokratlar 75 ildən sonra AzadlıqRadiosunun işinin dayandırılımasını bayram edəcəklər. Düşmənlərimizin bu qələbəni əldə etməsi onları gücləndirəcək, Amerikanı zəiflədəcək", - o, bildirib.
Beynəlxalq jurnalist təşkilatları, o cümlədən Sərhədsiz Reportyorlar deyiblər ki, Trampın qərarı “dünyada mətbuat azadlığını təhdid edir”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Evan Vucci/AP
sosial media
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb
“Hökumətin fakt kimi sırıdığı fotoları özüm paylaşmışam” - Şəmşad Ağa
ABŞ təyyarə motoru hissələrinin Azərbaycana satışını qadağan etməyə hazırlaşır