Siyasət

“Toplum TV işi” üzrə həbs olunan Ramil Babayev 29-cu doğum gününü həbsdə qeyd edir

29 İyun, 2026
30

Sosial media

İyunun 29-u “Toplum TV işi“ üzrə həbs olunmuş, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayevin doğum günüdür.

29 yaşını qeyd edən Ramil Babayev 2024-cü il martın 6-da "Toplum TV”-nin ofisində keçirilmiş əməliyyat zamanı saxlanılıb. 

İki ildən çox keçsə də, iş üzrə məhkəmə prosesi hələ başa çatmayıb. R.Babayev ötən müddət ərzində saxlanıldığı Bakı İstintaq Təcridxanasındakı qeyri-sanitar şərait, məhbuslara qarşı işgəncə halları və başqa məsələləri ictimailəşdirib. 

R.Babayev son üç ayda ümumilikdə 17 gün olmaqla iki dəfə aclıq aksiyası keçirib. Onun tələbləri arasında təcridxanada işgəncə hallarına və məhbuslar arasında ayrı-seçkiliyə son qoyulması, cərimə kameralarında sanitar vəziyyətin yaxşılaşdırılması, şikayətlərin ünvanlarına çatdırılmasının təmin olunması, siyasi məhbus kimi tanınan şəxslərin görüşlərinin dinlənilməməsi, eyni iş üzrə həbs olunmuş “Toplum TV“ həmtəsisçisi Ələsgər Məmmədlinin müalicəsinə icazə verilməsi və başqa tələblər var idi. 

R.Babayev aclığı bitirdiyini elan etdiyi müraciətində tələblərinin bir hissəsinin təmin olunduğunu bildirib. "İndiki mərhələdə zorakılıqla mübarizənin yeganə effektiv üsulu kimi zorakılıq qurbanlarının öz hüquqlarını bilməsi və etirazlarını dilə gətirməsi görünür", - o qeyd edib. 

R.Babayev məhkəmə proseslərindəki çıxışlarında dəfələrlə ona qarşı ittihamları rədd edib və siyasi sifariş olduğunu bildirib. 

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Həbs edilənlər öncə yalnız qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittihamlar ağırlaşdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

RSF: “Media və Yayım Şurası müstəqil informasiya məkanına dövlət nəzarətini gücləndirəcək” 

29 İyun 2026

Açıq mənbə

“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuat azadlığı təşkilatı (RSF) Azərbaycanda Media və Yayım Şurası adlı qurumun yaradılmasını nəzərdə tutan qanun layihəsini tənqid edib.  Milli Məclisdə iyunun 30-da səsə qoyulması gözlənilən layihəyə əsasən, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ləğv edilir və Media və Yayım Şurası yaradılır.  “Hökumət tənzimləyici çərçivəni mətbuat, yayım mediası və rəqəmsal platformalar arasındakı sərhədlərin yox olduğu bir mühitə uyğunlaşdırmaq istədiyini bildirir. Həmçinin, "milli informasiya təhlükəsizliyi" və "medianın iqtisadi müstəqilliyini" müdafiə etmək zərurətinə də istinad olunur. Lakin azərbaycanlı ekspertlər islahatın başqa bir məqsədinin olduğunu deyirlər: müstəqil informasiya üçün əsas məkanların rəqəmsal platformalara keçdiyi bir media mühitinə dövlətin nəzarət etmək qabiliyyətini...
Siyasət

Səməd Seyidov AŞPA qətnaməsi barədə: “Bu kağız parçasının bizim üçün heç bir əhəmiyyəti yoxdur”

25 İyun 2026

Açıq mənbə

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qətnaməsi qərəzli və birtərəflidir, bu kağız parçasının bizim üçün artıq heç bir əhəmiyyəti yoxdur."  Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.  İyunun 24-də AŞPA-da Azərbaycan hökumətini tənqid edən qətnamə qəbul olunub. Qətnamədə hökumətdən həbsdə olan jurnalistlərin dərhal azad edilməsi və onlara qarşı törədilmiş bütün cinayətlərin lazımi qaydada araşdırılması təcili şəkildə tələb edilir.  "Bu addımlar bir daha göstərir ki, həmin təşkilat nə dərəcədə birtərəfli, ikili standartlara xidmət edən və qeyri-obyektiv mövqedən çıxış edir. Onlar bu addımlarla Avropa institutlarını nüfuzdan salır, bununla da Avropanın gələcəyinə və cazibədarlığına zərbə vururlar....

Seçilmiş Videolar

Toplum TV loqo