Siyasət

Polad Aslanovun xanımı hüquq-mühafizə orqanlarını ittiham edir

14 Aprel, 2022
2254

açıq mənbədən götürülüb

Həbsdə olan jurnalist Polad Aslanovun kamera yoldaşı tərəfindən döyülməsi ilə bağlı araşdırma qəsdən yubadılır.

“Turan”ın xəbərinə görə, məhbusun həyat yoldaşı Gülmirə Aslanova belə hesab edir.

Onun sözlərinə görə, Nizami Rayon Prokurorluğunun müstəntiqi Anar Namazov bildirib ki, koloniyaya getmək üçün Penitensiar Xidmətdən icazə almaq lazımdır: “Müstəntiq dedi ki, Penitensiar Xidmətin cavabı 10 gün ərzində daxil olmalıdır. Yəni icazə aprelin 20-21-də alınacaq. Onlara lazım olanda prokurorluq nümayəndələri dərhal saxlanma yerlərinə daxil olurlar. Polad məsələsində isə bilərəkdən yubadırlar».

Polad Aslanovun xanımı 20 gün sonra zorakılıq izlərinin yox olacağından narahatdır: "Təyin olunan “ekspertiza” təbii ki, xəsarəti “üzə çıxarmayacaq” və onlar cinayət işini başlamaqdan imtina edəcəklər”.

Gülmirə Aslanova - Meydan Tv

Aprelin əvvəlində Gülmirə Aslanova P.Aslanovun kamera yoldaşı tərəfindən döyüldüyünü bildirib. O, həmin şəxsin həbsxana rəhbərliyilə əməkdaşlıq etdiyini iddia edir.

İki dəfə etiraz aksiyası keçirdikdən sonra aprelin 9-da onu Nizami Rayon Prokurorluğuna dəvət ediblər və şikayətin araşdırılacağını bildiriblər.

Polad Aslanov 2019-cu ilin iyununda dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həbsdə olan jurnalist Ülviyyə Əlinin İtaliyada kitabı nəşr olunub

14 Oktyabr 2026

sosial media

“MeydanTV” işi üzrə həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) İtaliyada kitabı dərc edilib.  Bu barədə jurnalistin yaxınları sosial mediada məlumat yayıblar. Məlumata görə, İtaliyanın Turin universitetində Ülviyyə Əlinin italyan dilində "La mia voce non si arresta" (“Səsim həbs olunmur”) kitabı dərc edilib. Kitab jurnalistin həbsxanadan göndərdiyi məktublar və verdiyi müsahibələrdən ibarət topludur. Kitabın ön sözü "Amnesty International" təşkilatının İtaliya bölməsinin sözçüsü Rikardo Nuri tərəfindən yazılıb. Ülviyyə Əli ötən il mayın 7-də “Meydan TV işi” üzrə həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, jurnalist kimi “Amerikanın...
Siyasət

Paşinyan: “Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır”

14 Oktyabr 2026

sosial media

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Paşinyan bu barədə oktyabrın 14-də sosial şəbəkələrdəki canlı yayımında danışıb. Onun sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır. Paşinyan sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamasını, Ermənistanla Azərbaycanın isə bərabər ölçülü əraziləri mübadilə etməsini təklif edib. O, “Sülhün kəsişməsi” layihəsi çərçivəsində və ondan kənarda bütün yolların və kommunikasiya xətlərinin açıq olmalı olduğunu deyib. “Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır. Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç...

Seçilmiş Videolar

Toplum TV loqo