Siyasət

Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?

11 fevral, 2026
962

Foto/kollaj: Toplum TV

Prezident İlham Əliyev fevralın 10-da Rəşad İsmayılovu ekologiya və təbii sərvətlər naziri təyin edib. 

2024-cü ilin avqustundan bu vaxta qədər ekologiya və təbii sərvətlər nazirinin birinci müavini olmuş R.İsmayılov hüquqşünaslıq ixtisası üzrə Bakı Dövlət Universitetinin bakalavr və magistr pillələrinin məzunudur. 

2000-ci ildə əmək fəaliyyətinə başlayan R.İsmayılov karyerasının əksər hissəsini özəl və dövlət müəssisələrində hüquqşünas vəzifələrində çalışmaqla keçirib. 

O, ixtisasca hüquqşünas olan və qeyri-hüquq sahəsinə təyinat alan ilk nazir deyil. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, maliyyə naziri Sahil Babayev, xarici işlər naziri Ceyhun Bayramov və mədəniyyət naziri Adil Kərimli də hüquq sahəsi üzrə ixtisaslaşıblar. Bunlardan M.Cabbarov və C.Bayramovun iqtisadiyyat üzrə də ali təhsili var. 

Nazirlər Kabinetinin üzvü olan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də ixtisasca hüquqşünasdır.

III Respublika Platformasının qurucu üzvü, siyasi şərhçi Araz Əliyev "Toplum TV"-yə deyir ki, prezidentin hüquqa birbaşa aidiyyəti olmayan sahələrə hüquqşünasları təyin etməsinin səbəbi onun diqtə etdiyi, hüquqa zidd siyasi xəttin hüquqi müstəviyə salınmasını istəməsidir. 

"Ona görə də bu şəxslərin hüquqi biliklərə malik olması "Tək Adam" rejimi üçün daha arzuolunandır. Onlar avtoritar sistemin istəklərini hüquqi çərçivəyə salıb icra etməkdən mükəlləfdir. Lakin biz inkişaf etmiş ölkələrə baxanda görürük ki, önəmli sahələrə müvafiq ixtisas üzrə bilikli şəxslər təyin olunur və onlar yeri gələndə hökumət başçısını müəyyən siyasi xətdən geri addım atmağa da məcbur edə bilirlər. Azərbaycanda isə bir nazirin hansısa qərara etiraz etməsi mümkün deyil", - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...
Siyasət

Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”

6 noyabr 2026

Foto:Turan

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib. Siyasətçi bu barədə noyabrın 6-da sosial media hesabında məlumat yayıb. Cəmil Həsənlinin sözlərinə görə, bacısı oğlundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı çıxış etməsi istənilib. “Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar. Dünən Biləsuvarda bir dəstə polis əməkdaşı idman zalına gəlib mənim bacım oğlu Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ona deyiblər ki, çıx televiziyada Əli Kərimlinin və dayın Cəmil Həsənlinin əleyhinə çıxış elə. De ki, Əli Kərimli və Cəmil Həsənli xalqı...

Seçilmiş Videolar

Toplum TV loqo