Foto: açıq mənbə
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Stavropol vilayətində Azərbaycan vətəndaşının həbs olunduğunu açıqlayıb.
"TASS" agentliyinə verilən məlumatda iddia edilib ki, adı açıqlanmayan şəxs “Ukrayna terrorçu təşkilatı adından Rusiya ərazisində terror aktı planlaşdırıb".
Əlavə olunur ki, sözügedən şəxs “öncədən könüllü şəkildə terrorçu təşkilata” qoşulub və təşkilatdan aldığı təlimatlar əsasında “sabotaj və terror aktlarının törədilməsi üçün nəzərdə tutulmuş bir sıra obyektləri, xüsusilə də hüquq-mühafizə orqanlarının inzibati binalarını və Yessentuki və Stavropolda nəqliyyat infrastrukturunu ətraflı şəkildə öyrənib".
İddiaya görə, həmin şəxs “partlayıcı qurğuların hazırlanması üçün lazım olan komponentləri və zərbə elementlərini əldə edib, onları gizli şəkildə saxlayıb və əvvəllər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrində xidməti zamanı qazandığı bilik və bacarıqlardan istifadə etməklə, bir neçə partlayıcı qurğu yığaraq terror aktları törətməyi planlaşdırıb”.
"TASS", həmçinin, təqsirləndirilən şəxsin həbs kadrlarını yayıb. Videoda onun üzü görünmür, lakin terror aktları planlaşdırdığını etiraf etdiyi eşidilir.
Bu ilin iyununda Rusiyada azərbaycanlılara, ardınca Azərbaycanda rus vətəndaşlara qarşı reydlər və həbslər başlayıb. Rusiyanın Yekaterinburq şəhərindəki reyd zamanı iki azərbaycanlı öldürülüb.
Azərbaycan prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə"yə müsahibəsində azərbaycanlılara qarşı reydləri "xalqımıza qarşı misli görünməmiş hərəkət" adlandırıb.
"Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik", - o bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Azərbaycan və Ermənistan bir-birinin hava məkanından istifadə etməyə başlayıb
Foto: açıq mənbə
Tramp Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə hazır olduğunu bildirib
Foto: EPA/ Getty Images
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib