Siyasət

Tramp Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə hazır olduğunu bildirib

8 Sentyabr, 2025
36

Foto: EPA/ Getty Images

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə keçməyə hazır olduğunu açıqlayıb.

“Reuters” yazır ki, bu açıqlama onun Rusiya neftinin alıcılarına qarşı sanksiyaları gücləndirməyə daha yaxın olduğuna işarə edir və Ukraynadakı müharibə ilə bağlı narazılığını göstərir.

Məqalədə deyilir ki, Tramp dəfələrlə Moskvaya əlavə sanksiyalarla hədələsə də, danışıqları davam etdirmək üçün onları tətbiq etməyib. Son açıqlamalar daha aqressiv mövqedən xəbər verir, amma Tramp hələ ki, belə bir qərara tam sadiq olduğunu və ya bu ikinci mərhələnin nələri əhatə edəcəyini açıqlamayıb.

Avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra Tramp təxminən iki həftə ərzində Rusiyanın mövqeyinə baxacağını, buna uyğun qərar verəcəyini bildirmişdi.

Sentyabrın 7-nə keçən gecə Rusiya Ukraynaya dronlarla zərbə endirib, dörd nəfər həlak olub. 

Kiyevin mərkəzində hökumət binası, bir sıra obyektlərə ziyan dəyib. 

Bəzi Qərb liderləri bunu Rusiyanın sülh istəməməsinin növbəti göstəricisi adlandırıblar. 

Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında Vladimir Putinin danışıqları istəmədiyini və açıq-aydın ondan qaçdığını bildirib.

“Putin danışıqlar istəmir, buna görə də Rusiyanın yanacaq çatışmazlığı və digər iqtisadi problemləri atəşkəsə və ya liderlər səviyyəsində görüşə razılaşmaqdan imtinanın məntiqi cavabıdır.”, - Zelenski vurğulayıb.

Zelenski liderlərin, dövlətlərin, qurumların bəyanatlarının ardınca güclü addımların – Rusiyaya, Rusiya ilə əlaqəli şəxslərə qarşı sanksiyaların, Rusiya ilə ticarətə güclü tariflərin və digər məhdudiyyətlərin tətbiqinin vacib olduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Rusiyada "terror aktı törətmək istəyən" azərbaycanlı həbs olunub 

8 Sentyabr 2025

Foto: açıq mənbə

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Stavropol vilayətində Azərbaycan vətəndaşının həbs olunduğunu açıqlayıb. "TASS" agentliyinə verilən məlumatda iddia edilib ki, adı açıqlanmayan şəxs “Ukrayna terrorçu təşkilatı adından Rusiya ərazisində terror aktı planlaşdırıb".  Əlavə olunur ki, sözügedən şəxs “öncədən könüllü şəkildə terrorçu təşkilata” qoşulub və təşkilatdan aldığı təlimatlar əsasında “sabotaj və terror aktlarının törədilməsi üçün nəzərdə tutulmuş bir sıra obyektləri, xüsusilə də hüquq-mühafizə orqanlarının inzibati binalarını və Yessentuki və Stavropolda nəqliyyat infrastrukturunu ətraflı şəkildə öyrənib". İddiaya görə, həmin şəxs “partlayıcı qurğuların hazırlanması üçün lazım olan komponentləri və zərbə elementlərini əldə edib, onları gizli şəkildə saxlayıb və əvvəllər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı...
Siyasət

Azərbaycan və Ermənistan bir-birinin hava məkanından istifadə etməyə başlayıb 

8 Sentyabr 2025

Foto: açıq mənbə

Ermənistan baş naziri Nikol Paşinyanın təyyarəsi xaricə son səfəri zamanı Azərbaycan hava məkanından istifadə edib. Bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial media hesabında məlumat verib. O bildirib ki, baş nazirin təyyarəsi avqustun 30-da  və sentyabrın 6-da Azərbaycan üzərindən keçməklə beynəlxalq səfəri reallaşdırıb.  "8 avqustda Vaşinqtondakı sülh danışıqlarından sonra Ermənistanın müvafiq qurumları Ermənistan baş nazirinin təyyarəsi üçün Azərbaycan tərəfindən hava dəhlizi istəmiş və müsbət cavab almışdılar. Bu fakt bölgədə kommunikasiyaların açılması, sülh gündəminin təşviqi və qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün praktik bir addım kimi qiymətləndirilir", - o qeyd edib.  Baqdasaryan əlavə edib ki, Azərbaycan təyyarələri də artıq uzun...

Seçilmiş Videolar

Toplum TV loqo