Siyasət

Ruslan İzzətli: “Hakim Zəfər Əhmədov adi etiket qaydalarına belə əməl etmir”

23 Sentyabr, 2026
20

şəxsi arxivi

Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılıb.

Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasda hakimlə təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb.

Buna Zəfər Əhmədovun Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanova “sən” deyə müraciət etməsi səbəb olub. Qurbanov hakimdən nəzakət qaydalarına riayət etməsini tələb etdikdən sonra zaldan çıxarılıb.

Daha sonra III Respublika Platformasının qurucu heyətinin üzvü Ruslan İzzətli çıxışında məhkəmə prosesinin gedişini və hakimlərin davranışını tənqid edib. Hakim onunla mübahisə zamanı İzzətlini “tərbiyəsiz” adlandırıb.

Ruslan İzzətli məhkəmə iclasından sonra hakim Zəfər Əhmədovun davranışına münasibət bildirib:

“Viktor Frankl ‘İnsan məna axtarışında’ kitabında yazır: 'Həvəslər bizi itələyir, dəyərlər bizi çəkir. Dəyərlər və şüur bizim oyuncaq olmağımızın qarşısını alır. Əlbəttə, diqqətli olmaq əmək və düşüncə tələb edir...”

21 sentyabrda Bakı Apellyasiya Məhkəməsində ilk məhkəmə prosesim idi. “Abzas Media işi” üzrə həbs olunan şəxslərin apellyasiya məhkəməsində hakim Zəfər Əhmədovun “qəhrəmanlığı” haqda eşitmişdim.

21 sentyabrda isə Zəfər Əhmədovun adi etiket qaydalarına əməl etmədiyini gördüm. Ölkədə siyasi həbslərin necə verildiyini, məhkəmələrin notarial təsdiqlə məşğul olduğunu bilirəm. Kimsə Zəfər Əhmədov kimi hakimlərin siyasi hakimiyyətin yox, ədalətin keşikçisi olacağına nə ümid edir, nə də inanır.

Zəfər Əhmədovun atası Vahid Əhmədov parlament üzvü olanda digərləri ilə müqayisədə nisbətən müstəqil fikirli, siyasi məhbus mövzusunda aktivlik göstərən deputat idi.

İndi oğluna siyasi mahiyyətli məhkəmə proseslərini verərək Zəfər Əhmədov obrazında Viktor Franklın həvəslər və dəyərlər arasında seçimdə şəxsin nə günə düşməsinin nümunəsini gördük.

Unutmayın, hüququn üstün olmadığı ölkədə bu gün ağ olan, sabah qara, bu gün qəhrəman olan sabah xain ola bilər”.

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə hökm elan olunub.

Hökmə əsasən, Akif Qurbanov və Ruslan İzzətli 15, Ələsgər Məmmədli və Əli Zeynal 14, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Elmir Abbasov məhkəmə zalında həbs olunub.
Məhkum olunanların hər biri, həmçinin 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Sülh körpüsü” görüşü təxirə salınıb 

23 Sentyabr 2026

Armenpress

Azərbaycanlı və erməni ekspertlərin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Yerevanda  keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-nın məlumatına görə, Azərbaycan tərəfi hazırkı mərhələdə görüşün keçirilməsini məqsədəuyğun hesab etmir. Ermənistan Mətbuat Klubunun rəhbəri Boris Navasardyan “Azadlıq Radiosu”nun erməni xidmətinə bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi görüşün “gərginlik səngiyənədək” keçirilməməsini təklif edib. “Bu vəziyyətdə görüşmək, qarşılıqlı anlaşmaya nail olmağa çalışmaq və ictimai-siyasi, informasiya mühitində formalaşmasını istədiyimiz ab-hava barədə razılaşmaq lazım idi. Görünür, Azərbaycandakı tərəfdaşlarımız bu mərhələdə dialoqu məqsədəuyğun hesab etmirlər”, - Navasardyan deyib. Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən sammitdən sonra başlayıb. Həmin sammitdə sülh...
Siyasət

Vətəndaş cəmiyyəti AŞ-dən Azərbaycanla bağlı koordinasiyalı addımlar istəyir

23 Sentyabr 2026

Azərtac

Azərbaycandan olan, lakin mühacirətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Avropa Şurası (AŞ) institutları və üzv dövlətlərinə müraciət edib. Sentyabrın 22-də yayımlanan bəyanatda təşkilatlar AŞ institutları və üzv ölkələrini Azərbaycan hökumətinin üzvlük öhdəliklərini yerinə yetirməsi üçün addımlar atmağa çağırıblar.  Müraciəti Müstəqil Hüquqşünaslar Şəbəkəsi, Xəzər Tədqiqat və Analiz Mərkəzi, Açıq Azərbaycan Təşəbbüsü, "Free Voice Collective" və Demokratik Təşəbbüslər İnstitutu imzalayıb.  "Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Avropa Şurası institutlarını və üzv dövlətləri Azərbaycan hökumətinin üzvlük öhdəliklərini sistemli şəkildə pozmasına və təşkilatdan çıxmaq hədələrinə qarşı prinsipial cavab verməyə çağırırıq. Bu çağırış həm Azərbaycanda insan hüquqlarının müdafiəsi, həm də Avropa Şurasının əsas dəyərlərinin qorunması...

Seçilmiş Videolar

Toplum TV loqo