Siyasət

Vətəndaş cəmiyyəti AŞ-dən Azərbaycanla bağlı koordinasiyalı addımlar istəyir

23 Sentyabr, 2026
16

Azərtac

Azərbaycandan olan, lakin mühacirətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Avropa Şurası (AŞ) institutları və üzv dövlətlərinə müraciət edib.

Sentyabrın 22-də yayımlanan bəyanatda təşkilatlar AŞ institutları və üzv ölkələrini Azərbaycan hökumətinin üzvlük öhdəliklərini yerinə yetirməsi üçün addımlar atmağa çağırıblar. 

Müraciəti Müstəqil Hüquqşünaslar Şəbəkəsi, Xəzər Tədqiqat və Analiz Mərkəzi, Açıq Azərbaycan Təşəbbüsü, "Free Voice Collective" və Demokratik Təşəbbüslər İnstitutu imzalayıb. 

"Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Avropa Şurası institutlarını və üzv dövlətləri Azərbaycan hökumətinin üzvlük öhdəliklərini sistemli şəkildə pozmasına və təşkilatdan çıxmaq hədələrinə qarşı prinsipial cavab verməyə çağırırıq. Bu çağırış həm Azərbaycanda insan hüquqlarının müdafiəsi, həm də Avropa Şurasının əsas dəyərlərinin qorunması zərurətindən irəli gəlir", - deyə bəyanatda qeyd olunub.

Təşkilatlar bildirir ki, Azərbaycan hakimiyyəti ölkədə insan haqları sahəsindəki "problemləri aradan qaldırmaq əvəzinə, Avropa Şurasının nəzarət mexanizmlərini suverenliyə və ərazi bütövlüyünə müdaxilə kimi təqdim edərək təşkilatın institutlarının legitimliyini şübhə altına alan siyasət yürüdüb, onların fəaliyyətini qanunsuz müdaxilələrlə məhdudlaşdırmağa çalışıb." 

Müraciətçilər “kürü diplomatiyası” kimi tanınan korrupsiya və qanunsuz təsir praktikalarının AŞ-nin institusional bütövlüyü üçün ciddi sınaq olduğunu vurğulayıblar: “Avropa Şurasına qarşı gözdən salma kampaniyaları, təhqiramiz ritorika və təşkilatdan çıxmaq hədələri bu gün də davam edir. Halbuki Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü və məcburi köçkünlərin hüquqlarını ardıcıl dəstəkləyib, Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə çağırıb”.

Vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanda hazırda azı 328 siyasi məhbus kimi tanınan şəxsin olduğunu xatırladıb. 

"Vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər və siyasi fəallar 10-15 ilədək ağır həbs cəzalarına məhkum edilir və repressiya həbs yerlərində də davam edir. 2026-cı ilin ilk altı ayında siyasi məhbuslara qarşı işgəncə və pis rəftar, o cümlədən qadın siyasi məhbuslara qarşı cinsi qısnama halları artıq ayrı-ayrı hüquq pozuntularının fövqünə keçən, insan ləyaqətini alçaldan bir vəziyyət yaradıb. Həbs yerlərində adekvat tibbi xidmətə çıxışın təmin edilməməsi, siyasi məhbuslara və onların ailələrinə qarşı təzyiqlərin davam etməsi vəziyyəti daha da ağırlaşdırıb. Bu qeyri-insani repressiya siyasəti təcili və adekvat beynəlxalq reaksiya tələb edir", - deyə qeyd olunub. 

Təşkilatlar AŞ Parlament Assambleyası, Nazirlər Komitəsi və baş katibini Azərbaycandakı "insan hüquqları böhranını gündəmdə saxlamağa, siyasi məhbusların azad edilməsi, insan hüquqları pozuntularının sənədləşdirilməsi və gələcək hesabatlılığın təmin edilməsi üçün əlaqələndirilmiş institusional addımlar atmağa" çağırıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Avropa Məhkəməsi Bakıda sökülmüş mənzilə görə Azərbaycanı cərimələyib

23 Sentyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Bakıda bir mənzilin sökülməsi ilə bağlı Azərbaycana qarşı qərar qəbul edib. Bu barədə vəkil Fariz Namazlı sosial media hesabında məlumat verib. Məhkəmə mənzilin mülkiyyətçisi ilə bağlı mülkiyyət hüququnun, həmin ünvanda yaşayan digər şəxslə bağlı isə mənzilə hörmət hüququnun pozulduğu qənaətinə gəlib. İş 2010-cu ildə Bakıda üç binanın sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı başlayıb. Dövlət orqanları sakinlərə həmin rayonda yeni tikilən yaşayış binalarında alternativ mənzillər təklif edib. Ərizəçilər isə təklif olunan mənzillərin yerləşdiyi binaların vəziyyətindən narazı olduqlarını bildirərək pul kompensasiyası tələb ediblər, bu tələb rədd olunub. Bundan sonra onlar köçürülmə ilə bağlı inzibati aktların etibarsız...
Siyasət

Casusluqda ittiham olunan Martin Ryan əfv olunub

23 Sentyabr 2026

Teleqraf

Casusluqda ittiham olunaraq 10 il həbs cəzası alan Fransa vətəndaşı, “Merkorama” MMC-nin sabiq baş direktoru Martin Ryan əfv olunub. Bu, prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sentyabrın 23-də imzaladığı sərəncamda qeyd edilib. Martin Ryan bu il martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fransanın xeyrinə casusluqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ryan 2023-cü il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdı. Cinayət işində iddia olunurdu ki, o, sonradan “persona non-grata” elan edilərək Azərbaycandan çıxarılan Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. İstintaqın iddiasına görə, Ryan Azərbaycanda silah-sursat...

Seçilmiş Videolar

Toplum TV loqo