Siyasət

ABŞ və Türkiyə rəsmiləri Azərbaycan-Ermənistan danışıqlarını müzakirə ediblər

24 Yanvar, 2025
41

Sözcü

ABŞ dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib

Bildirilir ki, yanvarın 22-də olan telefon danışığında Marko Rubio ABŞ-Türkiyə münasibətlərinin əhəmiyyətini, Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolunu və regionda ortaq maraqların olduğunu qeyd edib.

Dövlət Departamenti yaydığı məlumatda bildirilir ki, tərəflər Ermənistan və Azərbaycan arasında “davamlı və ləyaqətli” sülhün təmin olunmasının vacibliyini müzakirə ediblər.

Müzakirənin təfərrüatı açıqlanmayıb.

Tarixçə

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. Birinci Qarabağ müharibəsində hər iki tərəf böyük itkilər verib. 1994-cü atəşkəs müqaviləsi imzalanıb. 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayıb. 44 gün davam edən hərbi əməliyyatlardan sonra Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətrafındakı 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın Respublikası”nın “prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb.

***

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Keçmiş diplomatın məhkəməsi başlayıb

5 Fevral 2025

Amerikanın səsi

Bu gün, fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası keçirilib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib. Vəkil Aqil Layıc Turan-a bildirib ki, müdafiə tərəfi cinayət təqibinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətlər qaldırıb. Lakin vəsatətlər təmin edilməyib. Bununla yanaşı hakim E.İbrahimovun vəkillərin yanında oturması barədə vəsatəti təmin edilib. Prosesdə E.İbrahimov prosesdə çıxış edib: “O dedi ki, bu, məhkəmə deyil, ona görə də hər hansı münasibət bildirmir. Məhkəmə onunla bağlı hər hansı məsələni həll etməkdə legitim deyil”. Emin İbrahimov 2024-cü il iyulun 22-də sağlamlığa ciddi ziyan vurmaq...
Siyasət

Bakıda həbs edilən rusiyalı hakim polis nəzarətinə verilməklə azadlığa buraxılıb

5 Fevral 2025

sosial media

Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib. Vəkili Şəhla Hümbətovanın məlumatına görə, məhkəmə bu barədə fevralın 4-də qərar çıxarıb (“Turan”). Y.Xaxaleva yanvarın 28-də Dubaya getmək istəyərkən Bakı hava limanında saxlanılıb. Keçmiş hakim Rusiya hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilib. O, Rusiyaya könüllü qayıtmaqdan imtina edərək ona qarşı təqibin siyasi motivli olduğunu bildirib. Xaxaleva əvvəlcə Gürcüstanda, sonra isə Azərbaycanda müalicə olunub. Xaxaleva 2021-ci ilin dekabrında Rusiyanı tərk edib və onun barəsində beynəlxalq axtarış elan edilib. Rusiya məhkəməsi 2022-ci ildə onun həbsinə qiyabi order verib. Xaxalevanın ekstradisiyası ilə bağlı Rusiyanın rəsmi tələbinin olub-olmadığı...

Seçilmiş Videolar

Toplum TV loqo