Siyasət

Rusiya vətəndaşlarının Azərbaycanda olma müddəti 90 günə endirildi

29 Dekabr, 2024
41

açıq mənbədən götürülüb

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 1 il ərzində 180 gündən 90 günə endirilib.

Qərar gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Bugünlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirmişdi ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, gələn ildən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. O həmçinin bildirib ki, qaydalara əsasən həmçinin xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ələsgər Məmmədli: “Bizi irəlidə bəlirsiz, daha çox problemlərin ortaya çıxacağı bir il gözləyir”

1 Yanvar 2025

Açıq mənbədən götürülüb

“Xeyli sıxıntılı, problemləri bol bir ili - 2024-cü ili geridə qoyuruq. Bu sıxıntılar yalnız özümlə, yaxınlarımla, dostlarımla bağlı deyil. Təəssüf ki, çoxsaylı əqidədaşlarımın, gənc jurnalistlərin, ictimai-siyasi fəal insanların aqibətində yaşanır”. Toplum TV-təsisçisi, hüquqşünas, media eksperti Ələsgər Məmmədlinin ictimaiyyətə ünvanladığı bayram təbrikində belə deyilir. O, “məruz qoyulduğum hüquq terroruna görə ruhdan düşmək, ümidsiz olmaq, vaz keçmək xarakterimə ziddir” yazır . “Tamamilə təqsirsiz olmağıma baxmayaraq 10 aydır qapalı həbsxana divarları arasında sadəcə girovluqdayam. Qapalı şərait olsa da, həbsxana ölkədəki real vəziyyətin tam çılpaqlığı ilə göründüyü, dərk olunduğu arzuolunmaz məkanlardan biridir. Məni yaxından tanıyanlar bilir ki, hansı şəraitdə olsam da, azadlıq və obyektivlik...
Siyasət

Tofiq Yaqublu: “Müstəntiqə çoxlu sualım var, məhkəməyə gəlsin, cavablandırsın”

29 Dekabr 2024

Əziz Kərimov

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edir.  Dekabrın 29-da keçirilən məhkəmə iclasında hakim Elnur Nuriyev ikinci cildin tədqiqinin ötən məhkəmə iclasından yarımçıq qaldığını bildirib. Ancaq sonra müdafiəçilər tərəfindən verilmiş və indiyədək baxılmamış saxlanılan vəsatətlərin müzakirə olunmasını təklif edib. Ötən məhkəmə iclaslarından birində vəkillər vəsatət qaldırmışdı ki, zərərçəkmiş Elşən Hüseynovun, təqsirləndirilən Elnur Məmmədovun ötən il dekabrın 2-dən 11-dək olan müddətdə telefonlarına gələn və gedən zənglərin, həmçinin hər ikisinin telefonlarının anten əhatə məlumatları aidiyyəti qurumlardan götürülsün. Bundan başqa, müdafiə tərəfi əlavə şahid kimi dindirilmiş Kənan Baskal və Vidadi Mirkamala məxsus telefonların da ötən il...

Seçilmiş Videolar

Toplum TV loqo