Siyasət

Qəzayla bağlı faktları inkar etmək ağılsızlıq və vicdansızlıqdır – İlham Əliyev

29 Dekabr, 2024
55

Azərtac

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verən Prezidenti İlham Əliyev dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan Azərbaycan təyyarəsinin qəzaya uğramasına münasibət bildirib, deyib ki, qəzanın səbəbi “qara qutu”lar açılandan sonra bəlli olacaq.

“Yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir”

“Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xəsartərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir” – Əliyev belə deyib. 

“Birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”

O əlavə edib ki,  füzelyajın dəlik-deşik olması təyyarənin quşla toqquşması versiyasını tamamilə gündəlikdən çıxarıb: 

“Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.

Əliyev Rusiyanın qəzanı araşdırmaq təklifini rədd etdiyini bildirib:

“Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”. 

“Yəni bütün bu suallara hələ ki cavab yoxdur”

Faktların inkar edilməsini “cəfəngiyyat, ağılsızlıq və vicdansızlıq”  adlandıran Əliyev qəzayla bağlı səsləndirilən digər versiyalara da toxunub:

“Təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu?

Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün təyyarə yaxında olan hava limanlarına eniş cəhdi etməyib? Daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək”. 

Əliyev ekipajın ejiş üçün niyə məhz Aktau şəhərini seçməsiylə  bağlı bunları deyib:  

“Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni bütün bu suallara hələ ki cavab yoxdur”.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ələsgər Məmmədli: “Bizi irəlidə bəlirsiz, daha çox problemlərin ortaya çıxacağı bir il gözləyir”

1 Yanvar 2025

Açıq mənbədən götürülüb

“Xeyli sıxıntılı, problemləri bol bir ili - 2024-cü ili geridə qoyuruq. Bu sıxıntılar yalnız özümlə, yaxınlarımla, dostlarımla bağlı deyil. Təəssüf ki, çoxsaylı əqidədaşlarımın, gənc jurnalistlərin, ictimai-siyasi fəal insanların aqibətində yaşanır”. Toplum TV-təsisçisi, hüquqşünas, media eksperti Ələsgər Məmmədlinin ictimaiyyətə ünvanladığı bayram təbrikində belə deyilir. O, “məruz qoyulduğum hüquq terroruna görə ruhdan düşmək, ümidsiz olmaq, vaz keçmək xarakterimə ziddir” yazır . “Tamamilə təqsirsiz olmağıma baxmayaraq 10 aydır qapalı həbsxana divarları arasında sadəcə girovluqdayam. Qapalı şərait olsa da, həbsxana ölkədəki real vəziyyətin tam çılpaqlığı ilə göründüyü, dərk olunduğu arzuolunmaz məkanlardan biridir. Məni yaxından tanıyanlar bilir ki, hansı şəraitdə olsam da, azadlıq və obyektivlik...
Siyasət

Tofiq Yaqublu: “Müstəntiqə çoxlu sualım var, məhkəməyə gəlsin, cavablandırsın”

29 Dekabr 2024

Əziz Kərimov

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edir.  Dekabrın 29-da keçirilən məhkəmə iclasında hakim Elnur Nuriyev ikinci cildin tədqiqinin ötən məhkəmə iclasından yarımçıq qaldığını bildirib. Ancaq sonra müdafiəçilər tərəfindən verilmiş və indiyədək baxılmamış saxlanılan vəsatətlərin müzakirə olunmasını təklif edib. Ötən məhkəmə iclaslarından birində vəkillər vəsatət qaldırmışdı ki, zərərçəkmiş Elşən Hüseynovun, təqsirləndirilən Elnur Məmmədovun ötən il dekabrın 2-dən 11-dək olan müddətdə telefonlarına gələn və gedən zənglərin, həmçinin hər ikisinin telefonlarının anten əhatə məlumatları aidiyyəti qurumlardan götürülsün. Bundan başqa, müdafiə tərəfi əlavə şahid kimi dindirilmiş Kənan Baskal və Vidadi Mirkamala məxsus telefonların da ötən il...

Seçilmiş Videolar

Toplum TV loqo