Chinadailyhk.com
Rusiya Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu haqda Azərbaycan Prezidentinin mıtbuat xidməti məlumat yayıb.
Dövlət başçılarının “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdirdikləri deyilir.
Valdimir Putin ötən gün də İlham Əliyevə zəng etmişdi və Ruisya hava məkanında qəza baş verməsinə görə üzrxahlıq etmişdi.
Həmin gün Rusiya və Azərbaycan xarici işlər nazirləri, bu günsə Azərbaycanın Baş Prokuroru ilə Rusiyanın İstintaq Komitəsinin rəhbəri arasında eyni mövzuda telefon danışıqları olub.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün dövlət televiziyasına müsahibədə qəza ilə bağlı bəzi sualları sadalayıb və hələlik onların cavabı olmadığını deyib. O bildirib ki, Azərbaycan tərəf Rusiyanın qəzanın baş vermə səbəblərini Dövlətlərarası Aviasiya Komitəsinin araşdırma təklifini rədd edib: “Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
İlham Əliyev: “Ümid edirəm ki, yanvarın sonlarından Azərbaycana qarşı böhtan siyasətinə son qoyulacaq”
Themoscowtimes.com
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?