modern.az
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbs müddəti üç ay müddətinə uzadılıb. Bu barədə vəkili Cavad Cavadov Facebook hesabında yazıb.
Vəkilin sözlərinə görə, Xətai rayon Məhkəməsi müdafiə tərəfinin A.Məmmədlinin ev dustaqılığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib.
C.Cavadov onu da qeyd edir ki, COP29 tədbiri ilə bağlı Azərbaycana gəlmiş Norveçdən olan hüquq müdafiəçiləri (onlardan biri də Ane Tusvik Bonde olub) və bir sıra Qərb səfirliklərinin nümayəndələri bugünkü məhkəmə proseslərində iştirak etmək istəsələr də, onlar məhkəmə binasına belə buraxılmayıblar. Vəkil bunun qanunsuz olduğunu, onların açıq keçirilən məhkəmə proseslərində iştirak etmək hüququ olduğunu bildirir.
Bu il aprelin 29-da saxlanılan Anar Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir.
Beynəlxalq qurumlar onu siyasi məhbus kimi tanıyır.
Bir çox hüquq müdafiə təşkilatları, beynəlxalq qurumlar və siyasətçilər Anar Məmmədlini azadlığa buraxmağa çağırıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
pravda.az
açıq mənbədən götürülüb
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb