Siyasət

Azər Qasımlı: “Məni yalnız bir səbəbə görə həbs ediblər - həqiqətləri danışdığıma görə”

13 Yanvar, 2025
132

sosial şəbəkə

Artıq bir aydan çoxdur həbsdə olan Siyasi Menecment İnstitutunun direktoru Azər Qsımlı ictimiayyətə müraciət edib. 

O, həbsinin siyasi sifariş əsasında həyata keçirildiyinin hər kəsə aydın olduğunu bildirir. 

“Mənə qarşı irəli sürülən ittihamnamədə bir dənə də olsun sübut yoxdur. Məhkəmədə də vəkilimin “heç olmasa bir dənə ilkin sübut göstərə bilərsinizmi?” sualına müstəntiq sükutla cavab verdi. Bu nəinki təqsirsizlik prezumpsiyasının pozulması, ümumilikdə qanunun, hüququn tapdanmasıdır. Mənimsə, kifayət qədər sübutum var.

Bu ittihamın mənim təbiətimə nə qədər zidd olduğunu məni tanıyan hər kəs bilir. Mən hətta övladlarımı belə təhdidlə yox, təşviqlə tərbiyə etmişəm”, SMİ rəhbəri qeyd edir.

Azər Qsımlı hesab edir ki, onu yalnız bir səbəbə görə həbs ediblər:

“Həqiqətləri danışdığıma görə. Mənim dediyim həqiqət budur: Azərbaycanın MİLLİ MARAQLARI hüquqi dövlətin, azad iqtisadi mühitin və demokratiyanın gətirəcəyi tərəqqiyə söykənir. Mən nə qərbyönümlüyəm, nə şimalyönümlü, nə də cənubyönümlü. Mən Azərbaycanyönümlüyəm! Lakin bununla yanaşı ölkəmizin təhlükəsizliyini riskə atmadan Qərblə dərin əməkdaşlığın, Avropa Birliyinə və müasir dünyaya inteqrasiyanın tərəfdarıyam. Və bunun da milli maraqlarımıza uyğun olduğunu düşünürəm.

Bütün bunları nəzərə alaraq həbsimi söz azadlığına qəsd kimi dəyərləndirirəm”.

Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

O, ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir. 

Hüquq müdafiəçiləri Azərbaycanda 300-dən çox siyasi məhbus olduğunu bildirirlər. Beynəlxalq hüquq-müdafiə təşkilatları ölkə hakimiyyətini insan haqları sahəsindəki siyasətinə görə təniqd edir, son illər həbs edilən ictimai fəalları, jurnalistləri azad etməyə çağırırlar. 

Azərbaycan hakimiyyəti bu tənqidləri qəbul etmir, ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini, heç kimin siyasi mövqeyinə görə təqib edilmədiyini bildirir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Avropa Məhkəməsi Azərbaycanı rekord məbləğdə cərimələyib

14 Yanvar 2025

Avropa Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 14-də Azərbaycanla bağlı bu il üzrə ilk qərarını elan edib. Sözügedən məhkəmənin Azərbaycanla qərarlarını izləyən hüquqşünas Xalid Ağəliyev bildirir ki, bununla da AİHM Azərbaycana münasibətdə indiyədək ən yüksək məbləğdə təzminat müəyyən edib - 1 milyon 693 min avro. Qərar Bakıda “Qış Parkı”nın inşası zamanı mülkiyyət hüquqlarının pozulduğunu iddia edən 18 ərizəçinin təqdim etdiyi 14 şikayət ərizəsi üzrə elan edilib.  2022-ci ildə iddia edilən pozuntuları tanıyan Avropa Məhkəməsi təzminat məsələsinin həlli üçün tərəflərə vaxt vermişdi. Bu gün elan olunan qərara görə, ərizəçilərə ümumilkdə 1 milyon 693 min 892 avro məbləğində maddi, mənəvi zərər əvəzi və...
Siyasət

ABŞ Bəxtiyar Hacıyevlə bağlı hökmdən məyusluq hissi keçirir - Səfirlik

14 Yanvar 2025

açıq mənbədən götürülüb

ABŞ-ın Azərbaycandakı səfirliyi ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı məhkəmə qərarına münasibət bildirib. “ABŞ Bəxtiyar Hacıyevlə bağlı çıxarılan son məhkəmə qərarından dərin məyusluq hissi keçirir”, səfirliyin adından yayılan açıqlamada belə deyilir.  Səfirlik eyni zamanda ölkədə insan haqları ilə bağlı növbəti dəfə çağırış edib: “Biz, ardıcıl olaraq, Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və haqsız yerə həbs olunanları azad etməyə çağırırıq”. Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevə hökm oxunub. O, 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, ictimai fəalın evi və bank hesablarındakı pul vəsaitləri də müsadirə olunub. Ona təlim-tədris işləri qadağan edilib.  Bəzi maddələrə isə müddəti ötdüyü...

Seçilmiş Videolar

Toplum TV loqo