açıq mənbədən götürülüb
Az öncə halı pisləşən Fazil Qasımovun məhkəməsi təxirə salınıb.
****
Bu gün - dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində iqtisadçı Fazil Qasımovun halı pisləşib. Buna görə hakim məhkəməyə fasilə verməli olub.
Yaxınları onun həbsinə etiraz olaraq 165 gün aclıq etdiyini, bu müddətdə səhhətində çoxsaylı problemlər yarandığını bildiriblər, buna görə dəfələrlə narahatlıqlarını ifadə ediblər.
Fazil Qasımov 2023-cü ilin avqustunda Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. Hazırda bu iş ayrıca icraata götürülüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb