Siyasət

Jurnalistikada Qadınlar üçün Koalisiya hakimiyyətdən mətbuata təzyiqləri dayandırmağı tələb edir

21 Yanvar, 2025
7

www.womeninjournalism.org

Jurnalistikada Qadınlar üçün Koalisiya Amerikanın Səsinin jurnalisti Ülviyyə Əliyə (Quliyeva) qarşı “açıq-aşkar təzyiqi” və ölkədən çıxışına qadağa qoyulmasını pisləyib (Amerikanın Səsi).

“Biz hakimiyyətdən təhqiqata son qoymağı, səyahət qadağasını qaldırmağı və mətbuata təzyiqləri dayandırmağı tələb edirik”, Koalisiyanın bəyanatında vurğulanır.

Jurnalist yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə bağlı dindirilib və onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

Ülviyyə Əli qadağanın onun sərbəst hərəkət etmə hüququnu pozduğunu və bunun jurnalist fəaliyyətinə təhdid kimi də qiymətləndirdiyini deyib. O, qərarla bağlı məhkəməyə müraciət edəcəyini qeyd edib. Jurnalistin sözlərinə görə, o, Meydan TV-nin əməkdaşı olmadığına görə qərar əsassızdır.

Dekabr ayında Meydan TV-nin altı jurnalisti xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edilib.

Jurnalistikada Qadınlar üçün Koalisiya qeyd edir ki, hazırda yeddisi qadın olmaqla, ən azı 18 jurnalistin dəmir barmaqlıqlar arxasında olması Azərbaycanı dünyada ən çox jurnalist həbs edən ölkələrdən birinə çevirir.

Sərhədsiz Reportyorlar təşkilatı jurnalist Ülviyyə Əlinin dindirilməsinin, eləcə də yanvarın 17-də Toplum TV-nin jurnalisti Fərid İsmayılovun həbs edilməsinin ölkədə müstəqil medianın gələcəyi üçün “acınacaqlı perspektivlərdən” xəbər verdiyini vurğulayıb.

Azərbaycan hakimiyyəti isə jurnalistlərin peşə fəaliyyətinə görə həbs edilmədiklərini,  ölkədə bütün hüquq və azadlıqların, o cümlədən söz və mətbuat azadlığının qorunduğunu bildirir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Apellyasiya Məhkəməsi Azər Qasımlının barəsindəki hökmü qüvvədə saxladı

21 Yanvar 2025

Azər Qasımlı şəxsi arxivi

Bu gün Bakı Apellyasiya Məhkəməsi Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə dair verilmiş vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə qərarını qüvvədə saxlayıb.  Onun vəkili Aqil Layıc deyib ki, A. Qasımlı öz həbsini qanunsuz hesab edir və cinayət törətmədiyini, əksinə, ona qarşı cinayətin törədildiyini bildirir. Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində saxlanılıb. Özü ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.  Hüquq müdafiəçiləri Azərbaycanda 300-dən çox siyasi məhbus olduğunu bildirirlər. Beynəlxalq hüquq-müdafiə...
Siyasət

İlham Əliyev Donald Trampa: “İnanıram ki, iki ölkə arasında münasibətlər yeni məzmun kəsb edəcək”

21 Yanvar 2025

Globalinfo

Azərbaycanın dövlət başçısı İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb. O, Trampın yeni prezidentliyi dövründə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə və yeni məzmun kəsb edəcəyinə inandığını bildirib.  Əliyev iki ölkənin milli təhlükəsizlik maraqları əsasında beynəlxalq terrorizmə qarşı mübarizədə, eləcə də enerji təhlükəsizliyinin təmin olunmasında edilən əməkdaşlığa da toxunub. “...ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim. Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək...

Seçilmiş Videolar

Toplum TV loqo