açıq mənbədən götürülüb
"Abzas Media işi” üzrə məhkəmənin hazırlıq iclası dekabrın 17-nə təyin edilib (APA).
Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Rasim Sadıxov sədrlik edəcək.
Ötən ilin noyabrn 21-dən başlayaraq nəşrin 6 əməkdaşı həbs edilib. Bunlar nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, reportyorlar Nərgiz Absalamova, Elnarə Qasımova, araşdrımaçı jurnalist Hafiz Babalıdır. Sonradan bu iş üzrə jurnalist və iqtisadçı Fərid Mehralızadə də saxlanılıb.
Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittihamı irəli sürülsə də, sonradan 193-1.3.2-ci maddəsi də (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) əlavə edilib.
Abzas Media-nın əməkdaşları ittihamları rədd edir, korrupsiya araşdırmalarına görə həbs edildiklərini bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Meydan TV
açıq mənbədən götürülüb
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb