Məhkəmədə Nicat İbrahim başını şüşə qəfəsə çırpıb, qan içində məhkəmə zalından çıxarılıb
gözətçi
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin məhkəməsinə hazırlıq iclası davam etməli idi. Ancaq məhkəmə iclası başlayan kimi vəkil Zibeydə Sadıqova müvəkkilinin ev dustaqlığına buraxılması üçün vəsatət verib. Hakim Aygün Qurbanova vəsatəti təmin etməyib.
Hakim N.İbrahimdən işin məhkəmə baxışına verilib-verilməməsi ilə bağlı fikrini öyrənmək istəyəndə bildirib ki, müttəhimlər kürsüsündə onu həbs edənlər əyləşməliidir:
"Mən günahsızam, heç bir günahım yoxdur, burda mənim yerimdə məni şərləyib tutanlar oturmalıdır".
Nicat İbrahim qanunsuz həbsinə, ailəsindən uzaq düşməsinə, ev dustaqlığına buraxılmamasına etiraz edərək başını bir neçə dəfə saxlandığı şüşə qəfəsə çırpıb. Nəticədə bir neçə xəsarət alıb və şüşə qəfəs qana boyanıb. Məhkəmə zalına həkimlər gəlib, Nicat İbrahimə tibbi yardım göstərilməsi üçün məhkəmə zalından çıxarılıb. Onun hara aparıldığı bilinmir.
Beş dəqiqə çəkən hazırlıq iclası yanvarın 21-dək təxirə salınıb.
İctimai fəal Nicat İbrahim sosial şəbəkələrdə hökuməti dəfələrlə tənqid edib. Bir neçə il əvvəl ağzını tikərək aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirib.
O, 2020-ci il iyulun 20-də Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb. Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqda təqsirli bilinən N.İbrahim 15 ay azadlıqdan məhrum edilib. O, məhkəmədə günahsız olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.
Bu dəfə isə N.İbrahim barəsində əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Dekabrın 12-də ittiham ağırlaşdırılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3 (Xuliqanlıq-əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yeni itthamlar verilib. Yeni ittihamlar sübut olunsa, onu 6 ildən 11 ilədək həbs gözləyir.
***
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Avropa Məhkəməsi
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?