Siyasət

Milli Məclisdə ölkədəki dini durumla bağlı ictimai müzakirə keçiriləcək

27 Yanvar, 2025
56

sosial media

Milli Məclisdə ölkədəki dini durumla bağlı ictimai müzakirə keçiriləcək.

APA-nın xəbərinə görə, bu, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üçün İş planında əksini tapıb.

Müzakirələr yaz sessiyası müddətində təşkil olunacaq.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” çox mütərəqqi qanun qəbul edilib. Ölkədəki dini durum barədə də xeyli təkliflər olduğunu deyən F. Mustafa qanunvericilikdə bu istiqamətdə çox ciddi dəyişikliklər edilməsinin zəruri olduğunu bildirib. “Ona görə də bununla bağlı komitədə dinləmə keçiriləcək. Gəncə və Naxçıvanda da mövcud dini durumla bağlı səyyar dinləmərlərin keçirilməsini nəzərdə tuturuq” deyə, komitə sədri əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

İsrail-İran qarşıdurması: Bakı hansı risklərlə üz-üzədir?

22 İyun 2025

Foto: Açıq mənbə

İsrail və İran arasında hərbi münaqişə bir həftədən çoxdur davam edir.  İsrailin İran şəhərlərini raket atəşinə tutması və hərbi liderlərini öldürməsi ilə başlayan münaqişədə tərəflər bir-birini raket və dron hücumlarına məruz qoyur, mülki şəxsləri öldürür.  Münaqişə İranla qonşu olan Azərbaycana coğrafi olaraq çox yaxındır. Həmçinin, hər iki ölkə ilə dost olduğunu bəyan edən Azərbaycanın mövqeyi də geosiyasi baxımdan maraq doğurur.  Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iyunun 13-də verdiyi bəyanatda İsrailin İran ərazisində keçirdiyi hərbi əməliyyatdan "ciddi şəkildə narahat" olduğunu deyib.  XİN vəziyyətin gərginləşdirilməsini "qəti şəkildə" pisləyib və tərəfləri "mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq...
Siyasət

Tramp İrana iki həftə vaxt verib 

20 İyun 2025

Foto: AP

ABŞ Prezidenti Donald Tramp İranla nüvə proqramı üzrə danışıqları davam etdirmək üçün iki həftə vaxt verib.  Bunu iyunun 19-da Ağ Evin sözçüsü Karolayn Levit jurnalistlərə deyib.  “İranla yaxın gələcəkdə danışıqların baş tutma ehtimalı əhəmiyyətli dərəcədə yüksək olduğuna görə, [birbaşa münaqişəyə] gedib-getməmək qərarımı növbəti iki həftə ərzində verəcəyəm”, - deyə Levit Trampın bəyanatını oxuyub.  Bir neçə gün əvvəl “CNN” telekanalı ABŞ hökumətindəki adını açıqlamadığı rəsmilərə istinadən bildirib ki, Tramp İrana zərbələr endirməyə çox yaxındır.  Tramp özü isə bu suala konkret cavab verməyib. O deyib ki, bunu “edə də bilərəm, etməyə də”.  Hərbi ekspertlər bildirir ki, İranın nüvə zənginləşdirdiyi yeraltı müəssisələri dağıtmaq...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo