NBC
ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycan hakimiyyətini hüquq müdafiəçisi Rüfət Səfərovu dərhal azad etməyə çağırıb, Turan-ın Vaşinqton müxbiri xəbər verir.
“Rüfət Səfərov insan hüquqları sahəsində xidmətlərinə görə Dövlət Departamentinin mükafatını almaq üçün gələn həftə mənimlə və digər senatorlarla görüşməliydi, amma Azərbaycan rejimi onu uydurma ittihamlarla həbs etdi", - Ben Kardin deyib.
Senator hesab edir ki, Rüfət Səfərovun “ədalət uğrunda mübarizəsi həbsxana divarlarından kənara çıxır və dərhal azad edilməlidir".
Xuliqanlıqda, dələduzluqda və sağlamlığa xətər vurmaqda ittiham olunan hüquq müdafiəçisi haqqında dörd ay həbs qətimkan tədbiri seçilib.
O, ittihamları rədd edir, həbsini siyasi sifariş hesab edir. R.Səfərovun ailəsinin sözlərinə görə, o, insan hüquqları mükafatını almaq üçün yaxın günlərdə ABŞ-a getməliydi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb