Hikmət Hacıyev oğul Heydər Əliyevin iqtisadi müşavirədə iştirakı haqda: “Azərbaycan vətəndaşıdır”
Apa
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin 27 yaşlı oğlu Heydər Əliyevin bu il sentyabrın 26-da iqtisadi məsələlər üzrə müşavirədə iştirakına münasibət bildirib.
Azadlıq Radiosu xəbər verir ki, H.Hacıyev dövlət başçısı oğlunun hansı statusla həmin iclasda iştirak etdiyi ilə bağlı suala belə cavab verib: "Azərbaycan Respublikasının vətəndaşıdır".
Jurnalist soruşub: "Hər kəs gedib vitse-prezidentin yanında əyləşə bilərmi". Prezidentin köməkçisi isə deyib: "İqtisadi müşavirə peşəkarlar üçün açıqdır... Azərbaycan Respublikasının vətəndaşı statusunda və peşəkar, konkret sahə üzrə mütəxəssis olaraq həmin tədbirdə iştirak edib".
Azərbaycan prezidentinin 27 yaşlı oğlu Heydər Əliyevin atası İlham Əliyevi bir çox tədbirlərdə müşaiyət etməsi birmənalı qarşılanmır. Hətta onun gələcəkdə ölkənin prezidenti postuna namizəd olacağı, onun “varis” kimi yetişdirilməsi haqda ehtimallara yol açır.
Bir qədər öncə III Respublika Platforması ölkədə “varis planı”nın işə düşdüyünü bəyan etmişdi.
İ.Əliyev də 2003-cü ildə hakimiyyəti atası Heydər Əliyevdən alıb. O, həmin il avqustun 4-də dövlət başçısı Heydər Əliyevin xəstəxanada imzaladığı sərəncamla baş nazir təyin edilmişdi. İ.Əliyev elə həmin ilin oktyabrında keçirilən prezident seçkisindən qalib çıxmışdı, atası H.Əliyevin də seçkidən iki ay sonra vəfat etdiyi açıqlanmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto/kollaj: Toplum TV
Almaniyalı keçmiş deputata Azərbaycan adından rüşvət vermək ittihamı ilə hökm oxunub
Foto: Leonie Asendorpf
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?