açıq mənbədən götürülüb
Yanvarın 18-də İmişlidə iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasından sonra etirazlarda iştirak edənlərə işgəncələr verildiyi bildirilir.
"Saxlanılanlarla çox pis rəftar olunub. Avtomobili aşıranlar, onu təpikləyənlər və "istefa" şüarı səsləndirənlərə olmazın işgəncələr verilib. Həmin axşam və gecə saatlarında polis idarəsindən xəstəxanaya aparılanlar olub", saxlanılan şəxslərin yaxınları Azadlıq Radiosuna belə deyirlər.
Hadisədən sonrakı günlərdə rəsmi qeyri-iş günü olsa da, İmişli rayon Məhkəməsinin işlədiyi bildirilir.
Rayon sakinlərindən biri saxlanılanlar barədə, hələlik, 15-30 sutkalıq inzibati həbs qərarları çıxarıldığını söyləyib.
Həmçinin ətraf rayonlardan İmişliyə xeyli polis gətirilməsi haqda da xəbərlər var.
"Rayonda elan olunmamış fövqəladə vəziyyət rejimi yaradılıb. Axşam və gecə saatlarında evlərə basqın edib, qanunsuz axtarış aparırlar. Axtardıqları şəxsi tapmayanda ailə üzvləri təhdid olunur. Bəziləri elə evinə qayıdarkən küçədə ikən tutulub. "İstefa" qışqıranları elə döyüblər ki, indi bir çoxu yatağa düşüb, bədənləri qapqaradır. Saxlanılanların bəziləri barədə yaxınları hələ də məlumat ala bilmədiklərini deyirlər", rayondakı mənbə bildirir.
Daxili İşlər Nazirliyindən saxlanılanlara işgəncə verilməsi ilə bağlı deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.
Yanvarın 18-də İmişli şəhərində baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu. Yüksək sürətlə hərəkət edən Dövlət Yol Polisi avtomobili yolun səkisində olan iki azyaşlının ölümünə, daha bir neçə nəfərin ağır yaralanmasına səbəb olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Azər Qasımlı şəxsi arxivi
İlham Əliyev Donald Trampa: “İnanıram ki, iki ölkə arasında münasibətlər yeni məzmun kəsb edəcək”
Globalinfo
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib